Şamxal Tağıyev

Tağıyev Şamxal Kərim oğlu (15 mart 1922, Beyləqan2007, Bakı) ― biologiya elmləri doktoru (1970), professor, AMEA-nın həqiqi üzvü (1989).[1][2]

Şamxal Tağıyev
Tağıyev Şamxal Kərim oğlu
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Elm sahəsi fiziologiya
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Mükafatları 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

Şamxal Tağıyev 15 mart 1922-ci ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. O, yeddiillik məktəbi bitirdikdən sonra 1938-1941-ci illərdə Bakı feldşer məktəbində təhsil almışdır. Həmin məktəbdə təhsilini başa vurduqdan sonra orduya çağırılmış və faşizmə qarşı müharibədə iştirak etmişdir. Ordudan tərxis edildikdən sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olan Şamxal Tağıyev 1948-ci ildə Bakı Dövlət Universitetində ali təhsilinə başlamışdır.[1][2]

O, biologiya fakültəsinə daxil olmuş, 1950-ci ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmişdir. 1953-cü ildə burada ali təhsilini başa vuraraq, həmin universitetin aspiranturasına qəbul olunmuşdur. Şamxal Tağıyev 1956-cı ildə biologiya elmləri üzrə fəlsəfə doktoru, 1970-ci ildə elmləri doktoru dissertasiyalarını müdafiə etmişdir. 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.[1][2]

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Müxtəlif evolyusion pillədə duran orqanizmlərdə universal əlaqələr prinsipinin xüsusiyyətləri araşdırılmış. Onlarda beyin kötüyü retikulyar formasiya strukturunda adrenergik və xolinergik apparatların fologenetik müxtəlifliyi hipotezi irəli sürülmüşdür. Evolyusion pillənin aşağı pillələrində duran (amfibilər, reptililər) heyvanlarda visseromexanik və qlikemik proseslər arasında əlaqə aşkarlanmış və onlarda efferent proyeksiyanın son həddinin hipotalamusda qurtardığı təyin edilmişdir. Baş beyinin orbital qabıq nayihəsinin məcburi potensialının visseran təbiətli olduğu sübut edilmişdir

Akademik Şamxal Tağıyevin tədqiqatları 127 elmi əsərdə və 3 monoqrafiyada öz əksini tapmışdır. Onun rəhbərliyi altında 20 fəlsəfə doktoru dissertasiyası hazırlanmış və müdafiə edilmişdir.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Şamxal Tağıyev əmək fəaliyyətinə 1947-ci ildə Beyləqan rayonunda tibb məntəqəsinin müdiri olaraq başlamışdır. O, 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunda fəaliyyət göstərmişdir. O, burada 1956-1963-cü illərdə böyük elmi işçi, 1963-cü ildə laboratoriya müdiri, 1970-1991-ci illərdə isə elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. 1991-1997-ci illərdə AMEA-nın Biologiya elmləri bölməsinin akademik-katibi vəzifəsini icra edənə Şamxal Tağıyev 1997-ci ildən etibarən Fiziologiya İnstitutunun müşaviri kimi fəaliyyət göstərmişdir.[1][2]

İctimai işlərdə də fəal iştirak edən akademik Şamxal Tağıyev uzun illər İnsan və Heyvan Fiziologiyası üzrə İxtisas­laş­dı­rılmış Müdafiə Şurasının sədri, Fizioloji Tədqiqatlar üzrə Koordinasiya Şurasının sədri və Azərbaycan Fizioloqlar Cəmiyyətinin prezidenti vəzifələrini icra etmişdir. Eyni zamanda keçmiş SSRİ EA-nın "Evolyusion fiziolo­giya və biokimya", "Azərbaycan EA-nın xəbərləri" (biologiya elmləri seriyası) jurnalla­rının redaksiya heyətinin üzvü olmuşdur. Bununla yanaşı, akademik uzun illər pedaqoji fəlaiyyətlə məşğul olmuş, Bakı Dövlət Universitetində mühazirələr oxumuşdur. [1][2]

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  • Филогенетическая и онтогенетическая эволюция интероцептивных влияний на гликемические реакции у позвоночных животных. Наука, 1976.
  • Формирование вызванных потенциалов орбитальной коры кошек в прекатальном онтогенезе. Ж. Эволюцион. физиол. и биохим. им. И.М. Сеченова, 1972.
  • Биологическая активность мозга плодов кролика в зависимости от длительности пережатия пуповины. Ж. Эволюцион. физиол. и биохим. 1985, в – 5.
  • Электрокардиографическая активность плодов кролика в нормальных и патологических условиях. Ж. Эволюцион. физиол. и биохим. 1984.
  • Центральная регуляция висцеральных эфферентаций в онтогенезе. "Элм". Баку, 1985.

Şamxal Tağıyev 4 avqust 2007-ci ildə Bakı şəhərində vəfat edib.[1][2]

  • "Qafqazda qələbəyə görə" medalı – 1943;
  • "Qırmızı ulduz" ordeni – 1945;
  • "Almaniya üzərində qələbəyə görə" medalı – 1946;
  • "Şərəfli əməyə görə" yubiley medalı – 1970;
  • "1941–1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 30 illiyi" medalı – 1975;
  • "Şərəf nişani" ordeni – 1981;
  • "SSRİ Silahlı qüvvələrinin 70 illiyi münasibətilə" medal – 1984;
  • "II dərəcəli Vətən Müharibəsi" ordeni – 1985;
  • "1941–1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 40 illiyi" medalı – 1985;
  1. 1 2 3 4 5 6 7 "Tağıyev Şamxal Kərim oğlu" (Azərbaycan). science.gov.az. 18-09-2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 "Şamxal Kərim oğlu Tağıyev" (Azərbaycan). azertag.az. 26-10-2022 tarixində arxivləşdirilib.