Şanay-Timpişka çayı (isp. Shanay-timpishka) və ya La Bomba — Amazon çayının qoludur və "dünyada yeganə qaynayan çay" adlanır[1][2]. Uzunluğu 6,4 km (4,0 mil) təşkil edir. Sularının çox yüksək temperaturu ilə tanınır. Suyunun terpmeraturu 45 °C (113 °F) ilə təxminən 100 °C (212 °F) arasında dəyişir. İstiliyin mənbəyi əslində geotermal olsa da, adı "günəşin istiliyində qaynadılmış" deməkdir[2].
Şanay-Timpişka | |
---|---|
es/Shanay-timpishka | |
| |
Ölkə | Peru |
Mənbəyi | And dağları |
Mənsəbi | Atlantik okeanı |
Uzunluğu | 9 km |
Su hövzəsi | Atlantik okeanı |
|
Çay Huanuko yüksək meşəsinin bir hissəsi olan Mayantuyacu ziyarətgahında yerləşir. Ərazidə Aşaninka icması yaşayır. Yerli şamanlar qaynar suyun “Suların Anası” kimi tanınan nəhəng ilan ruhu Yakumama tərəfindən doğulduğuna inanırlar[3].
Geotermal sahə üzrə alim Andres Ruzo istiliyin mənbəyini araşdırıb. O, əvvəlcə bunu uşaq ikən babasından öyrənib[4]. Çay, adətən qrunt suları üçün geotermal isitmə təmin edən məlum aktiv vulkanların və ya geotermal kanalların yaxınlığında olmamasına baxmayaraq, yüksək temperaturunu saxlayır[5]. Unikal təbiətinə baxmayaraq, National Geographic onu tamamilə təbii xüsusiyyət kimi təsvir etmişdir. Bu istiliyin mənbəyinin əsas nəzəriyyəsi Yerin geotermal qradiyentidir[6]. Yerin mantiyasına daha yaxın olan yeraltı sular səth sularından daha yüksək temperatura malikdir. Nəzəriyyə ondan ibarətdir ki, yağış suları Amazon meşəsinin səthinə düşür və yer qabığına endiyi yerlərdə dərin köklü çatlar tapır. Beləliklə, su geotermal gradientə uyğun olaraq qızdırılır. O, isti bulaqlar vasitəsilə qidalanır.
Şanay-Timpişka meşələrin qırılması təhlükəsi ilə üz-üzədir. National Geographic-ə görə, ərazinin ətrafındakı meşələrin qırılmasının çox hissəsini əslində yerli əhali həyata keçirir. Qaynayan çayın ətrafındakı meşələrin qırılmasının 99 %-nə qədəri yerli əhalinin daha böyük və daha bahalı ağacları satması, qalanını isə yandırması nəticəsində baş verir. Maple Energy adlı yerli neft və qaz şirkəti ərazinin ətrafındakı cəngəlliklərin bir hissəsini qorumağa başlamışdır[6][7].