Şandor Demyan (mac. Demján Sándor; 14 may 1943 – 26 mart 2018[1], Budapeşt) — Macarıstan sahibkarı, ölkənin ən varlı insanlarından idi. TriGránit şirkətinin rəhbəri olmuşdur.
Şandor Demyan | |
---|---|
Doğum tarixi | 14 may 1943 |
Vəfat tarixi | 26 mart 2018[1] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | iş adamı, iqtisadçı |
Mükafatları | Macarıstan Dövlət Mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Macarıstan krallığının Berven kommunasında (indiki Rumıniya) anadan olmuşdur. Sekellər subetnosundan olan atası 1940-cı ildə Macarıstana köçdü, ancaq II Dünya Müharibəsi zamanı öldürüldü. Dunay şvablarından olan anası müharibə köçkünü kimi Bervenə gəldi.[2] 1965-ci ildə Demyan Budapeşt Ticarət və Turizm Kollecini bitirdi. Sonradan Gorsium ÁFÉSZ şirkətinin prezidenti oldu (1968–1973), 1973–1986-cı illərdə isə onların birgə müəssisəsinin həmsədri oldu. 1986–1990-cı illərdə Macarıstan Kredit Bankının təsisçilərindən biri və rəhbəri idi. 1990-cı ildən Mərkəzi Avropa İnkişaf Korporasiyasının təsisçisi və tərəfdaşı idi, 1991-ci ildə isə Mərkəzi Avropa İnvestisiya Şirkətinin rəhbəri oldu. 1996-cı ildə TriGránit şirkətinin baş direktoru oldu. 1999-cu ildə Budapeştdə WestEnd City Center, 2000-ci ildə Bratislavada Polus City Center, 2005-ci ildə Katovitsedə Silesia City Center ticarət mərkəzlərini açmışdır.[3]
2008-ci ildə sərvəti 300 milyard macarıstan forintində qiymətləndirilirdi. O vaxt üçün Macarıstanın ən varlı adamı idi. 2006-cı ildə onun aktivləri 80 milyard təşkil etmişdi, bununla da iki il ərzində sərvətini dörd qat artırdı.[4] 2003-cü ildə o, Macarıstan elminin inkişafına verdiyi töhfələrə və mədəniyyət və incəsənət nailiyyətlərinə görə təqdim olunan Prima Primissima Award mükafatını təsis etdi.[5]
2012-ci ildə xeyriyyəçilik üçün böyük bir ianə etdi.[6]
2014-cü ildə Demyan, yaşına görə təqaüdə çıxmaq məcburiyyətində qaldığını bildirdi.[7] Elə həmən il Macarıstanda ən nüfuzlu altıncı şəxs olaraq tanıdıldı.[8]
26 mart 2018-ci ildə 74 yaşında vəfat etdi.[9]