TriGránit

TriGranit Development Corporation (azərbaycanca Triqranit Development Korporeyşn tələffüz olunur) — Macarıstanın ən böyük developer şirkəti.[1] Şirkətin baş ofisi Budapeştdə yerləşir.

TriGranit Development Corporation
Ümumi məlumatlar
Sənaye Developer biznesi
Təsis tarixi 1997
Baş qərargahın yeri Budapeşt, Macarıstan
trigranit.com

Sahibləri və idarəetmə qrupu

[redaktə | mənbəni redaktə et]

Şandor Demyan (34 %), IMMOEAST Immobilien Anlagen developer şirkəti (25 %), Atticus Capital investisiya şirkətinin direktorlar şurasının həmsədri Nataniyel Rotşild (12 %), Barrick Gold şirkətinin direktorlar şurasının sədri Piter Munk (19 %) və OTP Group-un prezidenti Şandor Çani (10 %) şirkətin sahibləridilər.[1] Şandor Demyan həmçinin şirkətin prezidentidir.

Şirkət Mərkəzi və Şərqi Avropada daşınmaz əmlaka investisiya qoyur, yəni ticarət, ofis, əyləncə mərkəzləri və otellərin tikintisini həyata keçirir. Layihələrin investisiya portfelinin ümumi dəyəri 1,5 milyard avrodur.

Şirkətin layihələri arasında aşağdakılar var:

  • Millennium City Center (500 000 m²)
  • WestEnd City Center (194 000 m²)
  • Budapeşt Milli Teatrı
  • Buxarestdə Esplanada City Center (880 000 m²)
  • ZaqrebSeyşel adalarında kurort əraziləri və s.
  1. 1 2 Антон Филатов. Как за вечер заработать $5 млрд Arxivləşdirilib 2012-07-28 at the Wayback Machine // Ведомости, № 218 (1992), 19 ноября 2007

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

trigranit.com — TriGránit rəsmi saytı