Şarın Milli Parkı

Çarın Milli Park (qaz. Шарын ұлттық табиғи паркі) rəsmi olaraq, Şarın Kanyonu Milli Təbiət Parkı ― Qazaxıstanda Şarın kanyonu da daxil olmaqla Şarın çayı boyunca uzanan milli bir park. İncə təbəqələnmiş qırmızı çöküntü süxurlarından ibarət kanyonun ABŞ-dakı Böyük Kanyona bənzədiyi deyilir. Lakin Şarın kanyonunun ölçüsü daha kiçikdir: bir ucundan digər ucuna olan məsafə 50 km-dir. Təxminən 125 050 hektar əraziyə sahib olan park Almatı vilayətinin Enbekşikazax, Raymbeks və Uyqur rayonlarını əhatə edir. Milli park Almatı şəhərinin 200 km şərqində yerləşir.[1][2]

Şarın Milli Parkı
Sahəsi 125 050 hektar
Yaradılma tarixi 23 fevral 2004
Yerləşməsi
43°21′00″ şm. e. 79°04′10″ ş. u.
Ölkə
Yerləşməsi Almatı vilayəti
Yaxın şəhər Almatı
charyn.kz
Şarın Milli Parkı xəritədə
Şarın Milli Parkı
Şarın Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Park 2004-cü ildə kanyonun geoloji cazibəsinin, çayın və səhra sisteminin ekoloji kövrəkliyini və ətrafdakı arxeoloji sahələri qorumaq məqsədi ilə qurulmuşdur və bəzi hissələri istirahət üçün ayrılmışdır.[3]

Park uzun və incədir: 50 km məsafədə uzanaraq Şarın çayının hər iki sahilini qoruyur, lakin eni sadəcə 3 kilometrdir. Kanyonun dərinliyi 370 metrə çatır və dibi dəniz səviyyəsindən təxminən 1100 metr yüksəkdir.[3]

Parkın müxtəlif alt sahələri üçün dörd səviyyəli qorunma tətbiq olunur: Qoruq sahəsi (9427,5 hektar), ətraf mühitin stabilizasiyası zonası (13 147,3 hektar), turizm və istirahət iölgəsi (77 739 hektar) və məhdud iqtisadi fəaliyyət bölgəsi (26 736, 2 hektar).

Şarın kanyonundan axan eyniadlı çay

Parkın iqlimim soyuq qışı və isti, quru yayı olan soyuq yarım-səhra iqlimi olaraq təsnif edilmişdir. Orta illik yağıntı 312 mm təşkil edir (maksimum yayda). Ərazinin orta temperaturu yanvar ayında −10.7 °C (12.7 °F), iyul ayında isə - 19.5 °C (67.1 °F)-dir.[4][5]

Bitkilər və heyvanlar

[redaktə | mənbəni redaktə et]

Parkda Paleogen dövründə Tyan-Şan dağlarının şimal yamaclarına yayılmış Soqdiana göyrüşünün (Fraxinus sogdiana) əvvəllər mövcud olmuş uzun meşə qurşağının qalıqları vatr. Bu ağaclar təxminən 5 000 hektar ərazini əhatə edir. Bir qədər yuxarıda dominant bitkilərin saksaul, Eurotiaacılıqotu olduğu unikal icma mövcuddur.[6]

Alimlər milli parkda 32 növ məməli, 18 sürünən, 4 amfibiya, 100 quş və 1000-dən çox bitki qeydə almışdır və bunlardan 50-si nadir və ya endemikdir.

  1. "State National Park of Charyn Canyon". Government travel website - Charyn Canyon. VisitKazakhstan.kz. 22 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2017.
  2. "Official List of Protected Areas of Kazakhstan". Government of Kazakhstan. Republic of Kazakhstan. 21 mart 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 may 2017.
  3. 1 2 "About the Park". Charyn State National Nature Park (Official Website). Charyn State National Natural Park. 25 October 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2017.
  4. M. Kottek; və b. "Koeppen" (PDF). World Map of the Koeppen-Gieger Climate Classification, Updated. Meteoroligische Zeitschrift, June 2006. 2010-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-08-01.
  5. "Climate - Upper Charyn". Protected Areas. GlobalSpecies.Org. 3 iyun 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2017.
  6. "Creation conditions for rehabilitation of the ash-tree forest in the valley of Charyn river with active participation of the local community (Kazakhstan)". Secheresse. Academic Agency of La Francophonie. 18 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2017.