Şarl Adolf Vürs

Şarl Adolf Vürs (26 noyabr 1817 – 12 may 1884) — fransız kimyaçı, Paris Elmlər Akademiyasının üzvü (1867) və 1881-ci ildən onun prezidenti, Peterburq Elmlər Akademiyasının müxbir üzvü (1873).

Şarl Adolf Vürs
Charles Adolphe Wurtz
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri kimya, tibb
İş yerləri
  • Paris tibb məktəbi[d],
  • Strasburq universitetinin tibb fakültəsi[d] (1839–),
  • Milli aqronomiya institutu[d] (18501852)
Təhsili
Tanınmış yetirməsi Aleksandr Zayçev[d]
Üzvlüyü
Mükafatları Fəxri Legion ordeninin yüksək rütbəli zabiti
"Kopli" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çarlz Adolf Vürts 26 noyabr 1817-ci il tarixində Volfisaymda anadan olmuşdu. Atası Lüteran pastoru olmuş, anası Sofiya Kress, savadlı qadın olaraq onun təhsili ilə məşğul olurdu. 1834-cü ildə Vürts Strasburqda protestant gimnaziyasını bitirdikdən sonra atası ona ilahiyyət əvəzinə tibbi öyrənməyə icazə vermişdi. Vürts həyatını kimya ilə bağlamağa qərar vermiş və buna da nail olmuşdu: 1839-ci ildə o, Strasburq Universitetinin tibb fakültəsində kimya üzrə aparılan tədqiqatlara rəhbər təyin olunmuşdu.

1843-ci ildə doktorluq dərəcəsi (Yustus Libexin rəhbərliyi altında Hessendə bir il ərzində tədqiq etdiyi albumin və fibrin haqqında dissertasiyaya görə) aldıqdan sonra o, Parisdə Jan-Batista Dümanın şəxsi laboratoriyasında işə başlamışdı. 1845-ci ildə Vürts Tibb Məktəbində köməkçi kimi çalışmış və dörd il sonra orada üzvi kimya kursu üzrə mühazirələr oxumağa başlamışdı. 1850-ci ildə Vürts Versalda yeni Aqronomluq İnstitutuna kimya professoru təyin edilmişdi, lakin 1852-ci ildə Institut III Napoleon tərəfindən bağlanmışdı. Növbəti ildə Düma istefaya getdikdə üzvi kimya, eləcə də qeyri-üzvi kimya və toksikologiya kafedraları birləşdirilmiş və Vürts buraya rəhbər təyin edilmişdi. O, mühazirə otağının yaxınlığında qanunsuz olaraq kimya laboratoriyası üçün yer ayıraraq tələbələrdən təhsil haqqı ödəmələrini tələb edirdi. 30 il ərzində onun laboratoriyasında əsasən xaricilərdən ibarət 155 tələbə təhsil almışdı. Bu onun beynəlxalq aləmdə tanınmasına kömək etmiş və 1864-cü il iyunun 9-da o, London Kral Cəmiyyətinin xarici üzvü seçilmişdi. 1864-cü ilin avqustundan 1865-ci ilin aprelinədək o, karbon turşusu törəmələri ilə işləyən gənc rus kimyaçısı Aleksandr Mixayloviç Zaytsevi öz yanına qəbul edirdi. 1866-cı ildə Vürts tibb fakültəsinin dekanı vəzifəsinə təyin olunmuşdu. Vürts qadınların tibb fakültəsində ali təhsil alması və tədqiqat aparması kimi hüquqlarını tanımışdı. 1875-ci ildə Vürts dekan vəzifəsindən getmiş, lakin tibb fakültəsinin fəxri dekanı adını almışdı. O, Avropada mövcud olan, demək olar ki, bütün elmi cəmiyyətlərin üzvü idi. O, Parisdə Kimya Cəmiyyətini yaradanlardan (1858) biri, onun birinci katibi olmuş və üç dəfə prezidentin vəzifələrini yerinə yetirmişdi.O, 1867-ci ildə Elmlər Akademiyasının üzvü, 1880-ci ildə vitse-prezidenti, 1881-ci ildə isə prezidenti olmuşdu.

Vürtsün elmi işləri, əsasən, yeni birləşmələr və yeni ümumi sintez üsullarının kəşfi ilə zənginləşdirdiyi üzvi kimyaya aiddir. 1849-cu ildə Vürts izosian və izosianur turşusunun metil və etil efirlərinə kalium hidroksidlə təsir etməklə alifatik aminlərin ən sadə nümayəndələrini - metilamin və etilamini sintez etmişdi. 1855-ci ildə Vürts natrium metalı ilə alkil halogenidə təsir etməklə doymuş karbohidrogenlərin sintezini təklif etmişdi. Bu gün bu üsul Vürts üsulu adlanr. 1856-cı ildə o etilenqlikol, 1859-cu ildə etilenxlorhidrin və etilen oksidini, onun əsasında 1867-ci ildə xolin və 1869-cu ildə neyrin aminospirtini sintez etmişdi. 1867-ci ildə o, benzolsulfoturşuya qələvi ilə təsir etməklə fenolu almışdı. 1872-ci ildə Vürts Aldol kondensasiyasını təsvir etmişdi. O, Butlerovun kimyəvi quruluş nəzəriyyəsinin tərəfdarı idi, eləcə də D.Mendeleyevin dövri qanununun vacibliyini başa düşərək onun xaricdə tanınmasına kömək etmişdi. Vürtsün bütün dərs vəsaitləri və monoqrafiyası öz vaxtında geniş yayılmışdı.

  • Leçons élémentaires de chimie moderne, Paris, Masson, 1867-1868 ; dernière édition revue et augmentée, 1892 (Müasir kimyanın elementar dərsləri).
  • Dictionnaire de chimie pure et appliquée, Hachette, Paris, 5 tomes, 1869-1874 ; 1er suppl., 2 tomes, 1880 et 1886 ; 2e suppl., 7 tomes, 1892-1908 (Nəzəri və tətbiqi kimya lüğəti).
  • La Théorie atomique, préface de Charles Friedel, Librairie G. Baillière, 4e éd., Paris, 1879 (Atom nəzəriyyəsi).
  • Traité de chimie biologique, 1885 (Biokimya haqqında traktat).
  • Kimyəvi və fiziki xronikaya töhfə.
  1. Гольдштейн М. Ю. Вюрц, Шарль-Адольф // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  2. Wurz A. Ueber eine neue Klasse organischer Radicale // Justus Liebigs Annalen der Chemie. 1855. B. 96. H. 3. S. 364—375. DOI:10.1002/jlac.18550960310
  3. Wurtz C. A. Sur un aldéhyde-alcool // Comptes rendus de l’Académie des sciences. 1872. T. 74. № 22. P. 1361.