Yevgeni İvanoviç Şaronovun binası - Taqanroq şəhərinin mərkəzində, XX əsrin əvvəllərində inşa edilən bina. Şaronovun binası Taqanroq şəhəri Frunze küçəsi, ev 80 ünvanında yerləşir. Bina 1912-ci ildə modern stilində inşa edilmişdir. Şaronovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1]. Bina layihəsinin rəhbəri Fyodr Opisoviç Şextel olmuşdur.
Şaronov binası | |
---|---|
rus. Дом Шаронова | |
47°12′39″ şm. e. 38°55′47″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1912 |
Memarlıq quruluşu | Modern |
Vikianbarda əlaqəli mediafayllar |
Bina 1912-ci ildə Fyodr Opisoviç Şextelin layəsi əsasında modern stilində inşa edilmişdir. 1917-ci ilə qədər binanın sahibi un məmulatları taciri Yevgeni İvanoviç Şaronovun olmuşdur. O, binanı qızının şərəfinə tiktirmişdir[2]. 1920 - 1922 illərdə binada ipəkçilik stansiyası yerləşirdi. Böyük Vətən müharibəsi dönəmində binada Almaniyanın 1-ci tank diviziyasının qərargahı yerləşirdi[3]. 1944-cü ildən binada müxtəlif dövlət müəssisələri yerləşirdi. 1981-ci ilfə binada muzey yerləşir.
Şaronovun binası modern stilinin mirvarisi hesab edilir. Burada müxtəlif arxitektur elementləri vardır. Bir mərtəbəli bina Moskvada yerləşən Yaroslavski voğzalı ilə ümumi oxşarlıqları vardır. Biinanın fasadının bir hissəsi keramik plitələrlə üzlənmişdir. Abidə Rostov vilayətində XX əsrin əvvəllərində, fasadında monumental abidələrlə zəngin olan yeganə modern stilli binadır.