Şatoy

Şatoy (çeç. Шуьйта) — Çeçenistan Respublikası, Şatoy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şatoy rayonunun və Şatoy kənd sovetliyinin mərkəzidir.

Şatoy
42°52′18″ şm. e. 45°41′57″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1858
Mərkəzin hündürlüyü 608 m
Əhalisi
Əhalisi
  • 2.953 nəf. (2010)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 366400
Digər
sp-shatoy.ru
Xəritəni göstər/gizlə
Şatoy xəritədə
Şatoy
Şatoy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Respublikanın cənub hissəsində, Arqun çayının sağ sahilində, Arqun vadisində yerləşir. Qroznı şəhərindən 57 km məsafədədir.

Ən yaxın yaşayış məntəqələri: şimal-qərbdə - Xakkoy, Syuji və Böyük Varand kəndləri; şimal-şərqdə - Zonı kəndi; cənub-şərqdə - Bekum-Kale və Pamyatoy kəndləri; cənubda - Vyardı və Quş-Kert kəndləri; cənub-qərbdə - Vaşindaroy kəndi[3].

9 avqust 1858-ci il səhər radələrində general-leytenant Evdokimovun əmri ilə yandırılmış Xakka kəndinin yerində, dağlara qarşı çar istehkamı Şatoy qalasının əsası qoyulur. İstehkam Navaginskİ Piyada Alayının qərargahı üçün inşa edilir.

1918-ci ilə qədər kənd və qala əhalisinin əksəriyyəti çar hakimiyyəti tərəfindən bu torpaqlara köçürülmüş ruslar ibarət idi. Qalanın içərisində pravoslav kilsəsi və istehkam var idi. Qəsəbədə 50-yə yaxın rus ailəsi və iki yunan ailəsi yaşayırdı. Oktyabr inqilabı və Rusiya vətəndaş müharibəsi illərində burada yaşayan rusların böyük hissəsi kəndi tərk etmişlər. Cəmi iki və ya üç ailə istisna burada qalır. Onların törəmələri bu gündə burada yaşayırlar.

1944-cü ildə bölgənin yerli əhalisinin deportasiyasından sonra kənd əsasən Mərkəzi Rusiyadan olan rus köçkünləri tərəfindən məskunlaşdırıldı və Sovetskoe olaraq adlandırıldı. Daha sonra Sovetski rayonun mərkəzi olaraq Qroznı vilayətinə daxil edildi.

1989-cu ildə RSFSR Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Sovetskoye kəndinin adı Şatoy adlandırıldı.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[4]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 2 540 86,01 %
ruslar 124 4,20 %
avarlar 94 3,18 %
tabasaranlılar 66 2,24 %
digərləri 129 4,37 %
ümumi 2 953 100,00 %

Şatoy biznes mərkəzi[5]

Şatoy orta ümumtəhsil məktəbi[6].

Şatoy gecə orta ümumtəhsil məktəbi[7].

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Abdulaev Movladi Abuyazid oğlu - ağır atlet, məşqçi, beynəlxalq dərəcəli hakim, Çeçenistan idmanı haqqında ilk saytın müəllifi, SSRİ idman ustası.

Əliyev İrisxan Soltagir oğlu - Rusiya imperiya ordusunda xidmət edən çeçen əsilli general, dörd müharibənin qəhrəmanı, artilleriya marşalı [8].

Beta Açxoevski — İmam Şeyx Şamilin nayibi.

  1. 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. http://chechenstat.gks.ru/wps/wcm/connect/rosstat_ts/chechenstat/resources/ccc98e004250073f864cce2d59c15b71/ТОМ-1%20новый%20вариант.docx (rus.).
  3. "Карта Чечни" (rar). не ранее 1995. 2012-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-02.rar. Объём 8 МБ.
  4. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населенным пунктам, сельским населенным пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  5. "ГУП «Шатойский бизнес-центр» (инкубатор)". 2018-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-02.
  6. МОУЧ 'СОШ с. Шатой' , 2018000767
  7. "МОУЧ 'ВСОШ с. Шатой Шатойского р-на' , 2018000894". 2014-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  8. И. Х. Джабиров Генерал Алиев, Гр., 2014, Изд.: ФГУП «Издательско-полиграфический комплекс «Грозненский рабочий», ISBN 978-5-4314-0158-9, стр. 608)