Şatoy rayonu

Şatoy rayonu (çeç. Шуьйтан кӀошт[4]) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Şatoy kəndidir.

Şatoy rayonu
Шуьйтан КӀошт
Bayraq Gerb
Bayraq Gerb

42°52′18″ şm. e. 45°41′57″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Şatoy[1]
Tarixi və coğrafiyası
Yaradılıb 1920
Sahəsi
  • 505 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 24.025 nəf. (2024)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 87135
Rəsmi sayt
Şatoy rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon respublikanın cənub hissəsində, dağlıq bir ərazidə yerləşir. Şimalda Qroznı rayonu, qərbdə Çeçenistanın İtum-Kali rayonu, şərqdə Şaroy rayonu və cənubda Urus-Martan rayonu ilə həmsərhəddir. Hər tərəfdən ölkənin rayonları ilə sərhəddir. Rusiyanın digər subyektləri və xarici ölkələrlə sərhədə malik deyil. Rayonun ərazisi 876.26 km²-dir[5]. Onun ərazisinin əhəmiyyətli bir hissəsini Arqun dərəsi tutur.

İstər Birinci, İstərsə İkinci Çeçensistan Müharibəsi dönəmində rayon ərazisində əhəmiyyətli döyüşlər olmuşdur. 16 aprel 1996-cı ildə YarıMarda döyüşü baş tutur. 22-29 fevral 2000-ci ildə baş tutan Şatoy döyüşü federal qüvvələrin qalibiyyəti ilə nəticələnir. 29 fevral tarixində Rusiya bayrağı Şatoyun mərkəzindəqaldırılır. Lakin iki böyük silahlı birləşmə (Əmir Xəttab və Ruslan Qelayevin başçılıq etdiyi dəstələr) mühasirədən çıxmağı bacarır. 29 fevral - 1 mart 2000-ci ildə 776-cı yüksəklikdə döyüş federal qüvvələrinm məğlubiyyəti ilə nəticələnmişdir.

16 aprel 2009-cı ildə silahlı birləşmələrin üzvləri ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçiləri arasında döyüş baş tutur. Bu, İkinci Çeçenistan kampaniyasının son döyüşü olur.

1 yanvar 2020-ci ildə Qroznı rayonu ərazisinin bir hissəsi, eləcə də Açxoy-Martan rayonunun Staro-Açkoy kənd sovetliyi ərazisinin bir hissəsi Şatoy rayonuna verilir.

Əhalisi 25 175 nəfərdir. Əhalinin sıxlığı 1 kv km-ə 30.54 nəfərdir. Şaroy rayonun əhalisi ümumi əhalinin 1,68% -ni təşkil edir.

Urbanizasiya

Rayon ərazisində ümumi əhalinin olduqca az hissəsi şəhərlərdə yaşayır.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 13 232 78,71 %
ruslar 2076 12,35 %
avarlar 211 1,26 %
qumuqlar 201 1,20 %
qazaxlar 113 0,67 %
ləzgilər 68 0,40 %
tatarlar 67 0,40 %
digərləri 746 4,44 %
bildirməyənlər 98 0,58 %
ümumi 16 812 100,00 %

İnzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Şatoy rayonuna eyni adlı 19 inzibati ərazi vahidliyi daxildir. Ümumilikdə 37 kənd tipli yaşayış məntəqəsi mövcuddur. 1 yanvar 2020-ci ildə Daçu-Borzoy, Laxa-Varandi, Çişki və Yarış-Mardi kənd yaşayış məntəqələrinin əraziləri Qroznı rayonundan Şatoy rayonuna verilir[7].

  1. 1 2 3 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  4. "Бовза хьай Дайхмохк". chechnyatoday.com. 2019-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.
  5. "Закон Чеченской Республики от 04 октября 2019 года N 41-РЗ «О преобразовании, изменении границ отдельных муниципальных образований Чеченской Республики и внесении изменений в некоторые законодательные акты Чеченской Республики»" (PDF). parlamentchr.ru (rus). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-19. — С. 336
  6. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.
  7. "Закон Чеченской Республики от 04 октября 2019 года N 41-РЗ «О преобразовании, изменении границ отдельных муниципальных образований Чеченской Республики и внесении изменений в некоторые законодательные акты Чеченской Республики»". docs.cntd.ru (rus). 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19. ("полная версия текста.pdf" (PDF). parlamentchr.ru (rus). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-19.)