Şauni


Şauni (ing. Shawnee) - Şimali Amerikanın alkoqinlər qrupuna aid hindu xalqı. Ehtimala görə, xalqın adı "cənublu" mənasını verən alkoqin sözü olan şauan dan götürülüb. Onların dili Şoni adlanır. İlk əvvəl indiki Ohayo, Qərbi Virciniya, Merilendin qərbi, KentukkiPensilvaniya ştatlarının ərazilərində məskunlaşmışlar. İrokezlər tərəfindən sıxışdırılıb çıxarılsalar da, bir neçə dəfə köçürülmədən sonra yenidən Ohayo ştatı ərazisində məskunlaşmışdılar. Sonralar şaunilər Missuriyə deportasiya olunmuş , ağların axınından sonra isə KanzasOklahoma da məskunlaşmışdılar. Hal-hazırda 6000 nəfərə yaxın şauni nümayəndəsi vardır. Onlar əsasən Oklahoma ştatında məskunlaşmışlar.

Şauni
Portretləri
Ümumi sayı
7584 tanınan,[1] 14000 özünü sayan
Yaşadığı ərazilər
ABŞ ABŞ
Dili

şauni dili
ingilis dili

Dini

ənənəvi dinləri və xristianlıq

Qohum xalqlar

Mayami, Menomini[2]

Məşhur şaunilər

[redaktə | mənbəni redaktə et]

Şauni döyüşçüsü Tekumse və onun qardaşı Tenskvatava şərq tayfalarını ağlara qarşı mübarizə üçün birləşdirməyə çalışmışlar. Məğlubiyyətə uğradılaraq, Oklahomaya köçürülmüşdürlər.

  1. Oklahoma Indian Affairs Commission. Oklahoma Indian Nations Pocket Pictorial. Arxivləşdirilib fevral 11, 2009, at the Wayback Machine 2008.
  2. "Algonquian, Algic". Ethnologue. 20 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2016.