Şelixov körfəzi — Körfəz Oxot dənizi akvatoriyasına daxildir. Körfəzin sahəsi Asiya materiki ilə Kamçatka yarımadası arasında yerləşir. Qriqori Şelixovun şərəfinə adlandırılmışdır. Əvvəlki adı Penjinski dənizi adlanırdı.
Şelixov körfəzi | |
---|---|
rus. Залив Шелихова | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Dərin yeri | 350 m |
Yerləşməsi | |
60°00′00″ şm. e. 158°00′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
Uzunluğu — 650 km, eni — 130 km, ən enli hissəsi — 300 km, dərinliyi isə 350 metrə qədərdir.
Körfəzin şimalında yerləşən Tayqonos yarımadası burada Qijinski və Penjinski estuarilərini əmələ gətirir. Körfəzə Qijiqa, Malkaçan, Penjina və Yama çayları axır.
Dekabrdan maya qədər buzla örtülü olur. Qabarma və çəkilmələr günlükdür. Penjinski estuarisində Sakit okeanın ən böyük qabarması baş verir. Qabarma və çəkilmənin hündürlüyü 14 metrdir.
Körfəz balıqlarla zəngindir. Körfəzin cəubunda kiçik Yam arxipelaqı yerləşir.