Jujan xaqanlığı (Tan Tan) — Şimali Çin çöllərində türk-monqol dövləti. Çinlilər tərəfindən Juan-Juan da adlanır. Hunlarla qonşu idilər. Dinləri tanrıçılıq idi.
V əsrin əvvələrindən Xinqandan başlayaraq Altaya qədər olan ərazilərdə Jujanların xanı Deuday—"at çapa-çapa ox atan" ləqəbli Şelun başçılıq edirdi.[1]
Dövlət başçısı xaqan ünvanı daşıyırdı. Şimali Vey dövlətinin tarixçisi qeyd edir ki, hakim tayfa Syanbi qoluna mənsub idi. Güman var ki, avarlar Jujan birliyinə daxildir. Bir çox sənədlərdə Juan-Juan xalqının Avar və ya Asiya Avarları adı ilə qeyd edilməsi[2] və digər tərəfdən Juan-Juanrin Monqol kimi göstərilməsi Avropa Avarlarının da bu qəbildən olmasını təsdiq edir.Jujanlar IV yüzildən VI yüzilədək tarixin səhnəsində olmuşlar.[3]
Lev Qumilyov da özünün “Qədim türklər” kitabında Göytürklərin tarixləri-nin ən başlarında jujanlar üçün dəmir hasil etmək və metal əşyalar yaratmaqla məşğul olduqlarını bildirir.[4]
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |