Şencen (çin. 深圳市, ing. Shenzhen) və ya Sham Chun Çin Xalq Respublikasının Quandun əyalətinin əsas şəhəridir. Şəhər Honq Konq xüsusi inzibati bölgəsindən şimalda yerləşir və əyalət altı şəhər inzibati statusuna sahibdir.[2]
Şəhər | |
Şencen | |
---|---|
çin. 深圳市 | |
22°33′ şm. e. 114°06′ ş. u.HGYO | |
Ölkə | ÇXR |
Əyalət | [[Quandun]] |
Daxili bölgüsü | 10 rayon |
Mer | Çen Ruqui |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1979 |
İlk məlumat | 1410 |
Yaşayış məntəqəsi statuslu | 1979 |
Sahəsi | 1 994,16 km² |
Mərkəzin hündürlüyü | 12 m |
İqlimi | Subtropik |
Saat qurşağı | UTC+8 |
Əhalisi | |
Əhalisi | 11 380 000[1] nəfər (2015) |
Sıxlığı | 5 714 nəf./km² |
Milli tərkibi | çinlilər |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 755 |
Poçt indeksi | 518000 |
Nəqliyyat kodu | 粤B |
Digər | |
english.sz.gov.cn (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Şencen yaşayış məntəqəsinə 1979-cu ildə şəhər statusu verilmişdir. 1980-ci ildə isə burada Çinin ilk xüsusi iqtisadi zonası yaradılmışdır.[3] 2010-cu ildə şəhər əhalisinin siyahıya alınması nəticələrinə əsasən əhalinin sayının on milyon nəfəri keçdiyi müəyyənləşmişdir.[4] Şencen 1990-cı və 2000-ci illərdə dünyanın ən sürətlə böyüməkdə olan şəhərlərindən biri hesab olunurdu.[5]
Şəhərin hazırkı inkişafının əsas mənbəyi 1979-cu ilin sonlarında xüsusi iqtisadi zonanın yaradılması və xarici investisiyanın artması hesab olunur.[6] Şencen Çinin cənubunda əsas maliyyə mərkəzi hesab olunur. Şəhərdə bir çox tanınmış transmilli şirkətlərin baş qərargahları yerləşir.[7] "Z/Yen Group" və Qətər Maliyyə Mərkəzi tərəfindən 2017-ci ildə nəşr olunmuş Qlobal Maliyyə Mərkəzləri İndeksi hesabatında Şencen 22-ci yerdə qərarlaşmışdır. Şəhər, həmçinin dünyanın ən işlək konteyner limanlarından biri hesab olunur.[8]