Şer (fr. Cher) — Fransa departamentlərindən biri, Mərkəz - Luara vadisi regionunun departamenti. Sıra nömrəsi — 18. İnzibati mərkəzi — Burj şəhəridir [1]. Əhalisi — 319 600 nəfər (departamentlər arasında 73-cü yer, məlumatlar 2010).
Departament | |
Şer | |
---|---|
fr. Cher | |
47°00′00″ şm. e. 02°35′00″ ş. u. |
|
Ölkə | Fransa |
Daxildir | Mərkəz - Luara vadisi |
İnzibati mərkəz | Burj |
Ümumi şüranın sədri | Alen Rafesten |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 4 mart 1790 |
Sahəsi | 7.235 km² (15-ci yer) |
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 319 600 nəfər (2010) (73-cü yer) |
Əhalinin sıxlığı | 44,17 nəfər/km² (73-cü yer) |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | FR-18 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazisi — 7235 km². Departamentin ərazisində Oron, Sodr, Yevr və Şer çayları axır.
Şer, 1790 Mart ayında qurulan ilk 83 departametnlərindən biridir. Keçmiş Berri əyalətinin ərazisində yerləşir.