Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.
Şerenka çubuqlucası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Şerenka çubuqlucası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yabanı halda Çin və Koreyada yayılmışdır.
Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür. Bu tükcüklər çox zaman çiçək yatağına və kasayarpağına keçir. Ləçəkləri enlidir. Sütuncuqların qaidəsi tüklüdür. Yumurtalığı aşağı və ya yarımaşağı olub, 3-5 yuvalıdır. May ayında çiçəkləyir. Meyvəsi iyul ayının axırında yetişir. Meyvələri dörd budaqlı, tilli qutucuqdan ibarət olub, çoxlu miqdarda qəhvəyi rəngdə, qoxulu, 2-3 mm uzunluqda toxumlara malikdir. Toxumları ətli endospermaya malikdir. Çubuqluca toxumla, kolları bölməklə, basdırma və qələmlər vasitəsilə çoxaldılır. Toxumları yazda səpilir.
Günəşli yerlərdə və yarımkölgəliklərdə bitir. Eyni zamanda kölgəyə davamlıdır, lakin çox kölgəlik şəraitində çiçəkləsə də az meyvə verir. Normal inkişaf etməsi üçün müntəzəm suvarılması lazımdır.
Abşeronda, İsmayıllıda, Qəbələdə mədəni şəraitdə rast gəlinir.
Tək-tək və qrup şəklində yaşıllaşdırmada, canlı çəpərlərin salınmaında geniş istifadə edilir. Ballı bitkidir. Mərkəzi Nəbatat bağında mədəni halda becərilir.