Sultanəhməd xan Şeyxəli xan oğlu — Qacarlar İranında hərbi və siyasi xadim.
Sultanəhməd xan | |
---|---|
Sultanəhməd xan Şeyxəli xan oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Quba |
Vəfat tarixi | |
Vəfat yeri | Ərdəbil |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Qacar dövləti |
Atası | Şeyxəli xan |
Anası | Mülayim xanım |
Uşağı | Fətəli xan |
Dini | Şiə, İslam |
Hərbi xidmət | |
Xidmət illəri | 1826 |
Qoşun növü | piyada |
Döyüşlər | Rusiya-İran müharibəsi (1826–1828) |
Rütbəsi | zabit |
1807-ci ildə sonuncu Quba və Dərbənd xanı Şeyxəli xanın ailəsində anadan olub.
1826-cı ildə Tuysirkan və Məlayir valisi olan şahzadə Şeyxəli mirzə Qovanlı-Qacarın başçılıq etdiyi qoşunlar İran və Rusiya müharibəsi zamanı Bakı və Quba cəbhələrinə rəhbərlik edirdi. Qacar qoşunlarının Quba qanadına rəhbərlik keçmiş Quba xanının övladı, şahzadə Sultanəhməd xana tapşırılmışdır. Çünki, bölgə əhalisi onu qəbul etməyə hazır idi. 1826-cı ilin sentyabr-oktyabr aylarında Quba şəhəri və tarixi Quba qalası ətrafında gərgin vəziyyət yaranmışdır.
Yermolov yazırdı ki, "Abbas Mirzə Quba quberniyasına qaçaqlıqda ölmüş …. keçmiş xan, Şeyxəli xanın oğlunu da göndərir. İndiyədək ona çox az adam qoşulub. Bundan əlavə, Şeyxəli mirzənin komandanlığı ilə Quba vilayətinə 2 min sarbaz (döyüşçü), 50 top, toplam 800 nəfərlik fars və şirvan (400 nəfər) süvariləri gəlib". Xan oğlu "xalqı üsyana çıxarmaq üçün Şirvana və Qubaya" göndərilsə də, "vilayətdə yaşayanların əhəmiyyətli bir hissəsi Rusiyaya sədaqətindən dönmədi".
1826-cı ilin sentyabrın 18-də İran piyada və süvarilərinin böyük kütləsi köhnə Quba qalasını mühasirəyə aldı. 1826-cı il oktyabrın 10-da Sankt-Peterburqa verdiyi xəbərdə Yermolov bildirir: "Şahın oğullarından biri burada qoşunladır və ona keçmiş Şirvan xanı Mustafa kömək edir".
Mənbəyə görə onun rəhbərliyində olan piyada qoşunu Qubadan 28 km aralıda dayanmış və yerli alaylarla döyüşə girməmişdi. Sultanəhməd xan yalnız bölgəni üsyana qaldırmaq üçün bir vasitəçi, təsir göstərən şəxs kimi təyinat almışdır.[1]
Lakin, Qacarların siyasi gedişi öz bəhrəsini vermir, Sultanəhməd xana yerlilərdən çox az hissə dəstək olur və üsyana qalxır.
O, Zöhrə adlı qacar nəslindən olan qadınla evlənmiş və 1853-cü ildə İranda vəfat etmiş və Ərdəbildə dəfn edilmişdir. Sultanəhməd xanın Fətəli xan adlı oğlu olub və o qacar şahzadəsi ilə evlənib. Həmin Fətəli xanın Həsənəli xan adlı oğlu olub.