Şeyx Əbdülkərim Zəncani

Şeyx Əbdülkərim Zəncani (1887-1968)—İslam alimi.

Şeyx Əbdülkərim Zəncani
Əbdülkərim Zəncani
Doğum tarixi
Doğum yeri Barıt, Zəncan
Vəfat tarixi
Fəaliyyəti filosof

Şeyx Əbdülkərim Zəncani 1887-ci ildə Zəncanın Barıt kəndində dünyaya gəlib. Bəzi mənbələrdə isə onun Nəcəf şəhərində doğulduğu qeyd olunur. İbtidai dərs dövrlərində Tehrana gedərək təhsillə yanaşı İslam ümməti ilə bağlı siyasi və ictimai məsələlərlə də maraqlanır. 22 yaşında Nəcəfə yollanıb. O, Nəcəf şəhərində Ayətullah Seyid Məhəmmədkazım Yəzdi, Ayətullah Seyid Məhəmməd Firuzabadi kimi ustadlardan dərs alıb.

Şeyx Əbdülkərim də digər alimlər kimi tez bir zamanda ictihad dərəcəsinə nail olur. Onun İslam fəlsəfəsi və ilahiyyət sahəsindəki zövqü, onun Şərq filosofu adı ilə tanınmasına səbəb olub. 37 yaşında olarkən onun şəriət risaləsi çap olub. Şeyx Əbdülkərim, vəhdət zəminində, həmçinin fəlsəfə və ilahiyyət sahəsinin inkişafı yönündə layiqli addımlar atıb.

Şeyx Əbdülkərimin vəfatı 1968-ci ildə qeyd olunub, amma ölümü ilə bağlı heç bir məlumat mövcud deyil.

  • 1- Əl-Kindi
  • 2- Əl-İ`dadur-ruhi lil-cihadil-islami
  • 3- Camiul-məsail fil-fiqh
  • 4- Muhazirat
  • 5- Masili şəriyyə
  • 6- Tətəvvurul-fəlsəfə
  • 7- Əl-Vəhyu vəl-ilham fi bəyanil-işraqiş-şii
  • 8- Əl-Vəhdətul-islamiyyə
  • 9- Durusul-fəlsəfə

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]