Filosof

Salvator Roza. Filosofun portreti

Filosof yunanca φιλόσοφος — müdrikliyi sevən, biliyi sevən, hər şeyə maraq göstərən, həqiqətə can atan, həqiqət axtaran, mahiyyətə varan. Filosoflar sistemli şəkildə ilk növbədə həqiqət axtaran insanlara deyilir.

Müəyyən fəlsəfə məktəbinə aid olan alimlər də filosof adlanır. O, həmçinin o fikirləri bölüşməli və onların həyat tərzində yaşamalıdır. Bir sözlə həyat tərzinin özü bir fəlsəfə olmalıdır.

Filosof həm də peşəkar şəkildə həyat və ona aid olan bütün məsələləri düşünən insana da deyilir. Onlar məsələlərə digərilərindən daha geniş və daha kənardan baxmağa çalışırlar.

"Filosof" termini Pifaqora aid edilir. Deyilənə görə, o, özünü və müdrikliyi sevənləri belə adlandırıb. Onun fikrincə, filosof xüsusi insan tipidir.

Filosofların tarixi obrazı

[redaktə | mənbəni redaktə et]
  • Филлософия.Шаг за шагом.Москва,АСТ-Астрель,2007,səh.293.