Şeyx Əli

Şeyx Əli Cəlayır (v. 1382, Naxçıvan) — sultan Üveys Cəlayırın oğlu,[1] şəhzadə, Bağdad hakimi.

Şeyx Əli Cəlayır
naməlum – 1382[mənbə göstərin]
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Naxçıvan
Atası Üveys Cəlayır
Uşağı Şah Vələd
Dini İslam

1377-ci ildə qardaşı sultan Hüseyn Cəlayır dövründə Müzəffəri hökmdarı Şah Şücanın Təbrizi tutması zamanı qardaşına hərbi qüvvə ilə kömək etmiş və Şah Şücanın Azərbaycandan çıxarılmasında mühüm rol oynamışdır.[1] Lakin 1379-cu ildə müstəqillik elan etmiş və Hüseyn Cəlayıra tabe olmaqdan imtina etmişdir. 1382-ci ildə Hüseyn Cəlayır öldürüldü və digər qardaşı Əhməd Cəlayır taxta çıxdı.[2]

Həmin il[mənbə göstərin] Əhməd Cəlayırın hakimiyyətini qəbul etməyən Şeyx Əli[3] ordu toplayaraq Təbrizə doğru irəlilədi. Təbriz yaxınlığındakı hərbi toqquşmadan sonra Əhməd Cəlayırın əmirlərinin Şeyx Əli tərəfinə keçməsi ilə Əhməd Cəlayir Naxçıvana doğru geri çəkildi.[2]

Naxçıvanda Qaraqoyunlu hökmdarı Qara Məhəmmədin dəstəyi ilə Şeyx Əlinin qüvvələri məğlub edildi və özü də öldürüldü.[4]

  1. 1 2 Elşən Mirişli. "Azərbaycanı idarə edən Elxanlar və idarəçilik böhranı" (PDF). Türküstan. 7. 31.01.2023. 2024-10-02 tarixində arxivləşdirilib (PDF).
  2. 1 2 Azərbaycan Tarixi, III cild, 2007. səh. 30
  3. islamansiklopedisi.org.tr. "AHMED CELÂYİR" (türk). FARUK SÜMER. 1989 (dərc olunma tarixi). 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  4. Nimet Yıldırım, 1991. səh. 11-12