Şeyx Cühənnah oğlu

Şeyx Cühənnah oğlu — orta əsr intibah dövründə Naxçıvan memarlıq məktəbinin yetirdiyi ən görkəmli memarlardan biri.

Şeyx Cühənnah oğlu
Şəxsi məlumatlar
Doğum tarixi XIV əsr
Doğum yeri Ordubad
Vəfat tarixi XIV əsr
Vəfat yeri Ordubad

Şeyx ibn Cühənnahın adı Ordubad bölgəsinin Azadkənd kəndindəki minarə üzərindəki kitabənin məlumatları əsasında elmi dövriyyəyə daxil olmuşdur. Hazırda həmin minarə yarımuçuq vəziyyətdə mövcud olsa da üzərindəki kitabə qalmamışdır. [1]

Kufi xətlə yazılmış həmin kitabəni XIX yüzilliyin ortalarında tədqiq edən rus şərqşünası və diplomatı N.V.Xanıkovun yazdığına görə kitabədə “Bənna Şeyx Cühənnah oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıbmış. [2]

Kitabədə tarix qalmasa da N.V.Xanıkov onu yazıldığı xəttin paleoqrafiya xüsusiyyətlərinə əsasən hicri təqvimi ilə VI yüzilliyə, abidəni sonralar tədqiq edən V.Sısoyev isə VIII yüzilliyə aid etmişdir [3].

Şeyx ibn Cühənnah miladi təqvimi ilə XIV yüzillikdə yaşamış, Azadkənd minarəsini də həmin vaxt inşa etmişdir. [4]

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
  2. Khanykoff M.N. Memoire sür les inscriptions musulmanes du Caucase.–Journal Asiatique. Paris, 1862, t. XX, Aout, V serie, s. 70.
  3. Сысоев В. Древности Нахичеванской ССР / Отдельный оттиск. Из 4-го выпуска Известий “Азкомстарис”а, Баку, 1928 , c. 197
  4. Səfərli H. Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər. Naxçıvan: “Əcəmi” NPB, 2016, 144 s. , s. 63.