Şeyx Dursun türbəsi — Azərbaycanın Ağsu ərazisində yerləşən türbə.
Şeyx Dursun türbəsi | |
---|---|
40°36′01″ şm. e. 48°26′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Ağsu |
Yerləşir | Ağsu kəndi |
Tikilmə tarixi | 1457 |
İstinad nöm. | 205 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Şeyx Dursun türbəsi Ağsu şəhərindən 1 kilometr aralıda yerləşir. Bu ağ daşdan tikilmiş səkkiztərəfli piramida şəklində olan abidə gözəl sənətkarlıq nümunəsidir. Türbənin hər tərəfınin eni 1,6 metr, hündürlüyü 3 metrdir. Türbənin üstü tikintinin gövdəsinə uyğun olaraq səkkiztərəfli prizma şəklindədir. Abidə sadə üslubda, lakin çox böyük sənətkarlıqla inşa edilmişdir. Qapısı üç bütöv yonulmuş daşdan ibarətdir: iki yan portal və qapının üst hissəsi, ümumiyyətlə, türbə ağ daşdan tikilmişdir. Türbənin üzərindəki ikisətirlik gözəl xətlə bütöv bir daş lövhə üzərində həkk olunmuş kitabədən göründüyü kimi türbədə 1399-cu ilin yayında vəfat etmiş Əhməd Padarın oğlu Şeyx Dursun dəfn edilmişdir. Şamaxının Kalaxana kəndindəki məşhur «Yeddi günbəz»lərdə dəfn olunmuş şəxslər onun 32 nəslindəndir. Rus şərqşünası, akademik B.Domun fondunda Şamaxı şeyxləri haqqındakı arayışda deyilir ki, «Şeyx Dursunun nəsli Şirvan əhlindəndir. Xançobanı mahalından. Padar tayfasındandır. Şeyx Dursun ibn Əhməd Padar şərəfli bir adam olub ki, qoşun hissəsindən Kalaxana qəryəsinin qərbində vaqe olan məşhur yeddi günbəzlər bu Şeyx Dursunun övladlarındandır». [1]
Sils xətli iki sətirlik yazını tarix elmləri doktoru, professor Məşədixanım Nemət belə oxuyub: “Bu xoş rayihəli müqəddəs (ziyarətgah) və işıqlı məqbərə övliyaların görkəmlisi Şeyx Dursun ibn Əhməd Padarındır. Onun vəfatı haram zilhiccə ayı, səkkiz yüz birinci ildə (VIII-IX 1399) baş vermişdir”.[2]
Yazının bir hissəsi pozulduğu üçün oxunmur.
2018-ci ildə italiyalı mütəxəssislər tərəfindən bərpası aparılmışdır.[3][4]