Padarlar — Azərbaycan türklərinin etnoqrafik qruplarından biri.[1] Fəzlullah Rəşidəddin Cəmi ət-Təvarixdə On–Uyğurların (fars. اون ایغور) tayfa siyahısında altıncı tayfanın adını "Badar" (fars. بادار) kimi yazmışdır.[2] Alman əsilli şərqşünas, tarixçi və dilçi Yozef Makvart[ing.] Fəzlullah Rəşidəddinə istinadən Padarları On–Uyğurların bir tayfası hesab etmiş[3], türk tarixçi, şərqşünas–türkoloq Əhməd Zəki Vəlidi Toğan da bu fikirlə razılaşmışdı.[4] Məhəmmədhəsən bəy Vəliyev-Baharlı hesab edirdi ki, Səfəvilər ləzgiləri itaətə gətirmək üçün padarları onlara yaxın rayonlara köçürüblər.[5]
Tarixçi Əhməd Zəki Vəlidi Toğan "Azərbaycan" adlı kitabanda padarlar haqqında yazır: "…müxtəlif yerlərdəki padar tayfasına aid məskənlər diqqəti cəlb edir. Hər iki qəbilə (Sulduz və Padar-Ə. Ç.) bu əraziyə gəldikdən sonra torpağa bağlanmışdır. Padar onuyğur tayfasının biridir.[6].[7]
Böyük etnoqraf alim Məhəmmədhəsən bəy Vəlili-Baharlı Padar elinin Azərbaycanda yerləşməsindən bəhs etmişdir. Öz ünlü əsərində yazır: "13-cü əsrin ortalarında, İranda hakimiyyət moğollardan olan hülakulara keçdikdə, Hülakü İranda öz mövqeyini bərkitmək üçün 200 min türk ailəsini köçürüb, İranda oturtmuşdu (məskunlaşdırılmışdı). O ailələr bir müddətdən sonra Azərbaycana köçdülər. Bu türklər Qayı adlanan xüsusi türk tayfasıdır. Ağ hunların övladları hesab olunurlar, əvvəllər Qərbi Türkistanda yaşayırdılar. Qayı türklərinin məşhur qəbilələri bunlar idi: Qaçar, Əfşar, Zülqədər, Çoban, Baharlı, Padar, Ustacalı, Lək, Xəlili, Sorsor, Şəfəq, Ussalı, Zəngənə, Armalı və qeyriləri."[8]
Исторически сложились этнографические группы А., отличавшиеся некоторыми особенностями в хозяйстве, культуре и быту: айрумы, карапапахи, падары, шахсевены, карадагцы, афшары и др. ... Падары живут в восточной части Азербайджанской ССР. У них дольше, чем у других этнографических групп А., сохранялись старые черты в хозяйстве и быту, в частности полукочевой скотоводческий уклад хозяйства и связанные с ним особенности быта.