Şeyx Kərim Qazıyev (1868, Zaviyə məhəlləsi[d] – 1937) — Naxçıvan qəzasının qazısı. Zəhra Qazıyevanın atası.
Şeyx Kərim Qazıyev | |
---|---|
Şeyx Kərim Molla Tağı oğlu Axundzadə | |
Doğum tarixi | |
Doğum yeri | Zaviyə məhəlləsi, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat səbəbi | repressiya |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | Səkinə (Dilbər) xanım |
Uşaqları | Bağır və Tələt, Bətulə, Zəhra, Rübabə |
Atası | Molla Tağı Axundzadə |
XIX yüzilliyin sonlarından XX yüzilliyin 37-ci illərinədək Naxçıvanın çox hörmətli və bilikli şəxsiyyətlərindən biri Şeyx Kərim Molla Tağı oğlu Axundzadə 1868-ci ildə Naxçıvan şəhərinin qədim Zaviyyə məhəlləsində anadan olmuşdur.
Sonralar Şeyx Kərim vilayət qazısı seçildi. O, ərəb, alman və fars dillərini olduqca mükəmməl bilirdi. Naxçıvanda yaşayan qardaşı nəvələrinin dediyinə görə, 7 dildə sərbəst danışmağı və yazmağı bacarırdı. 1916-cı ilə aid bir sənəddə Şeyx Kərimin Naxçıvan qəzasının qazısı olması haqqında məlumat vardır.
Aparılan axtarışlar göstərdi M, Şeyx Kərim 1918-ci ildə Naxçıvanın ermənilərdən müdafiə olunmasında düşündüyümüzdən də artıq dərəcədə fəallıq göstərib. Arxiv sənədlərində onun Araz-Türk Cümhuriyyətində və sonralar yaradılan Milli Şurada Naxçıvanın ədliyyə məhkəməsinə rəhbərlik etməsi haqda məlumat var. Naxçıvanda yaşayan ruslar, malakanlar və digər xristian azlıqlar da Şeyx Kərimə çox ehtiram edirmişlər. Çünki Şeyxin özü Naxçıvanı ürəkdən sevən hər bir xalqın nümayəndəsinə qarşı olduqca səmimi idi. Onu da deyək ki, Şeyx Kərim 1918-1920-ci illərdən sonra Qazıyev soyadını daşımışdır. Bu Qazıyevlər İrəvan Qazıyevləri deyil.
Şeyx Kərimə saxta ittihamnaməni 1937-ci il sentyabrın 2-də hazırladılar. Bəlkə də elə Naxçıvanda sovet hökuməti qurulanda hazırlamışdılar.
Enkavedinin 11 sentyabr 1937-ci ildə Şeyx Kərimin 2810 nömrəli istintaq işi üzrə keçirilən iclas əlüstü oldu. Həmin iclasın protokolunun sonuncu hissəsində onun guya casusluq etdiyi bildirilir. Hətta, onun silahlı üsyanı hazırlayanlardan biri oiduğunu da işinə əlavə etmişlər.
Buradakı izahatdan məlum oiur ki, Şeyx Kərim Naxçıvan həbs xanasında saxlanırmış. Və üçlüyün son qərarı qətidir: “Qazıyev Şeyx Kərim Molla Tağı oğlu, 67 yaş. Əmlakı müsadirə olunmaqla güllələmək”. Şeyx Kərimin faciəli ölümündən sonra onun ailəsini Qazaxıstanın Taldı-Kurqan vilayətinə sürgün edirlər. Şeyx Kərimin həyat yoldaşı Səkinə (Dilbər) xanım, oğulları Bağır və Tələt, qızları Bətulə, Zəhra, Rübabə susuz səhralara aparıldılar.[1]
Səkinə (Dilbər) xanımla evlənmiş, oğulları Bağır və Tələt, qızları Bətulə, Zəhra Qazıyeva, Rübabə adlı qızları olmuşdur.