Şeyx Mürtəza Ənsari

Şeyx Mürtəza Ənsari (fars. مرتضی انصاری‎; 13 may 1800, Dezful, Xuzistan ostanı18 noyabr 1864[1], Nəcəf) — Şiə idealoqu, alim.

Şeyx Mürtəza Ənsari
Doğum tarixi 13 may 1800(1800-05-13)
Doğum yeri
Vəfat tarixi 18 noyabr 1864(1864-11-18)[1] (64 yaşında)
Vəfat yeri
Fəaliyyəti klirik[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şeyx Ənsari hicri-qəməri 1214-cü ildə "Qədir-Xum" günü Dezful şəhərində dünyaya göz açdı. Atası Şeyx Məhəmməd Əmin ilk övladının adını Mürtəza qoydu.

Şeyxin anası Mürtəzanı dünyaya gətirməmişdən öncə İmam Sadiqi (ə) yuxuda gördü. İmam (ə) röyada bu möminə xanıma qızılla bəzədilmiş bir Quran verir. Yuxu saleh övlad kimi təbir edilir.

Şeyx Ənsarinin doğulduğu məhəllə fəqihlər, elm adamlarının məhəlləsi idi.

Şeyx hicri-qəməri 1232-ci ildə atası ilə birlikdə İrandan İraqa gedib. Təhsilini kamilləşdirmək üçün Kərbəla və Nəcəfdə olub. Həmin vaxt Şeyx Ənsarinin 18 yaşı olur. Seyid Məhəmməd Mücahid bu yaşda bir gəncin təhsilə həvəsinə müsbət cavab verir və ona öz köməyini əsirgəmir. Həmin görüşlərdən birində Seyid Məhəmməd Mücahid Şeyx Ənsarinin atasına deyir ki, əksər fəqihlər İmamın (ə) qeyb dövründə cümə namazına icazə vermədikləri halda Dezfulda cümə namazı qılındığını dilə gətrir. Gənc Şeyx Mürtəza cümə namazının vacibliyi ilə bağlı elə dəlillər sadalayır ki, Kərbəla fəqihi heyran qalır.

Şeyx Mürtəza Ənsari Seyid Mücahid və Şəriful-Üləmadan dörd il dərs alır.

Hicri-qəməri 1236-cı ildə vətəni Dezfula qayıdan Şeyx burada bir ildən artıq qala bilmir və təhsil şövqü ilə İraqa dönüb Şeyx Cəfər Kaşiful-Ğitanın oğlu Şeyx Musanın dərslərində iştirak edir.

Şeyx Ənsarinin elmi məktəbi dəyərli şagirdlər yetirmişdir. 13-cü əsrin ortalarından 14-cü əsrin əvvəllərinədək bu məktəbdən 3 minə qədər alim çıxmışdır. Şeyx İbrahim Ali-Sadiq, Seyid Məhəmməd İbrahim Behbəhani, Şeyx İbrahim Xoini, Mirzə Məhəmməd Həsən Şirazi, Axund Xorasani, Mirzə Məhəmməd Aştiyani, Seyid Əbülqasim Xansari Şeyxin yetirmələri sırasındadır.

Şeyx Ənsarinin həyatı Fəthəli şahın hakimiyyəti dövrünə düşür. Qacar dövründə İranın iki düşməni vardı: şimaldan Rusiya, cənubdan Britaniya. Gəncənin ruslar tərəfindən işğalı Tehran alimlərini Rusiyaya qarşı savaşa sövq etdi. Alimlər cihad hökmü verdilər. On il sürən müharibədən sonra Gülüstan adlanan yerdə sülh müqaviləsi imzalandı. Şeyx Ənsarinin ilk ustadlarından olan Seyid Məhəmməd Mücahid İraqdan Qafqaza gəlib müsəlmanları cihada həvəsləndirirdi. Elə bu səbəbdən də ona mücahid adı verilmişdir.

Şeyx Ənsarinin dövrü fiqh və üsulun çiçəklənmə dövrü sayılır. Bu intibah Kaşiful-Ğita və Seyid Əli Təbatəbainin adı ilə bağlıdır.

Şeyx Ənsarinin dövründə ümumi mərcə alim Şeyx Musa Kaşiful-Ğita və onun ardınca qardaşı olmuşdur. Növbəti mərcə alim Ayətullah Şeyx Məhəməd Həsən, "Sahibi-cəvahir" adı ilə tanınmış böyük alim olub. O ömrünün son günlərində alimləri bir yerə yığır. Şeyx Ənsarini məclisdə görməyib onun ardınca adam göndərir. Şeyx Ənsari məclisə gəldikdən sonra Sahibi-cəvahir dərindən bir nəfəs çəkib: "Məndən sonra mərcə aliminiz bu şəxsdir" – deyib Şeyx Ənsarini göstərir.

Şeyx Ənsari hicri-qəməri 1281-ci ildə 67 yaşında Nəcəf şəhərində dünyasını dəyişmişdir. Bu böyük alimin cənazəsi həzrət Əlinin (ə) səhninə bitişik höücrədə dəfn edilmişdir.

Şeyx Mürtəza Ənsarinin əsli və nəsli

[redaktə | mənbəni redaktə et]

Bu ailənin ulu babası Cabir ibn Abdullah Ənsari sayılır. Cabir həzrət Peyğəmbərin (s) səhabələrindən olub. Cabirin atası Abdullah Xəzrəc qəbiləsinin başçısı idi və Mədinədə İslamı ilkin qəbul edənlərdən idi.

Cabir ibn Abdullah həzrət Peyğəmbərdən (s) 1540 hədis nəql etmişdir. O İmam Hüseynin (ə) şəhadətindən sonra onun pak məzarını ilk dəfə 40 gün ziyarət edən şəxsdir. Nəql edirlər ki, Cabir İmamın qəbrini ziyarət edəndə gözləri kor imiş.

Şeyx Ənsarinin atası Məhəmməd Əmin təqvalı İslam alimlərindən olub. Onun anası Şeyx Şəmsəddin Ənsarinin nəvəsidir. Bu qadın dövrünün abid qadınlarından olub ömrünün sonunadək gecə ibadətini tərk etməyib. Ömrünün axırlarında gözləri tutulan bu abid xanıma oğlu Şeyx Ənsari xidmət edib. Bu möminə xanım hicri-qəməri 1279-cu ildə Nəcəfdə dünyasını dəyişib.

Şeyx Ənsari uşaqlıq dövründə təhsilə maraq göstərib. Onun gecə yarıyadək mütaliəyə məşğul olduğu qeyd olunur. O ərəb ədəbiyyatı və müqəddiməni atasından və Dezful alimlərindən öyrənib. Fiqh və üsul elmlərini Dezfulun məşhur fəqihlərindən olan əmisi oğlu Şeyx Hüseyn Ənsaridən mənimsəyib. Şeyx Məhəmməd Əmin Kərbəlada Seyid Məhəmməd Mücahiddən təhsil alıb. Bu şəxs həmin dövürdə Kərbəla hövzəsinin rəhbərlərindən idi.

Şeyx Məhəmmədəmin atası Şeyx Şəmsəddin bin Şeyx Əhməd bin Şeyx Nurəddin bin Şeyx Məhəmmədsadıq Şüştəridir.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.