Şeyx Vəhidəddin Xan (1 yanvar 1925[1], Azamqarh[d] – 21 aprel 2021[2][3], Dehli[4]) — İslam alimi.
Şeyx Vəhidəddin Xan | |
---|---|
hind. वहीदुद्दीन खान | |
Doğum tarixi | 1 yanvar 1925[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 2021[2][3] (96 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19[4][3] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Şeyx Vəhidəddin Xan 1925-ci ildə Hindistanın Əzmağar bölgəsində dünyaya göz açmışdır. Ömrünün 60 ilini dinə dəvətə və İslam fikrini yaymağa həsr etmişdir. Öz gözəl, elmi üslubu ilə qeyri-müsəlmanlara xitab etmişdir.
Məhəmməd peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun!) belə buyurmuşdur: "Xeyir qiyamət gününə qədər məndə və ümmətimdədir." Bəli, bu şəxs Allahın xüsusi qabiliyyət verdiyi və öz məziyyətləri ilə seçilən bir İslam mütəfəkkiridir. Yazdığı əsərlər qeyri-müsəlmanların daha çox yaşadığı bir ölkədə — Hindistanda rəğbət qazanmışdır. Müxtəlif mövzularda 200-ə yaxın əsəri vardır. Əsasən düşüncə, dəvət, təfsir, hədis, fiqh, "sirət" və başqa mövzularda əsərlər qələmə almışdır. "Yeni əsrin qapısında" adlı ilk əsərini 1950-ci ildə yazmışdır. Son kitabı 2006-cı ildə qələmə aldığı "Hindistan və Pakistan gündəlikləri"dir. 88 yaşına çatmasına baxmayaraq, dəvət yolunda mübarizəsini davam etdirir. Hal-hazırda "Şərh mişkat əl-Məsabih" adlı əsərini çapa hazırlayır. Ən məşhur əsərləri "İslam meydan oxuyur", "Elm qarşısında din", "Fələstin – ilahi xəbərdarlıq kimi" və s. 40-a yaxın əsəri ərəb dilinə tərcümə olunmuşdur. İngilis, Urdu və Hind dillərində də əsərləri vardır. Ölkə-ölkə, diyar-diyar gəzərək İslam fikrini dünyaya çatdırmaqla məşğuldur. Ən böyük uğuru "Sülh və Ruhanilik" və "Tədqiqat və Dəvət" mərkəzlərini açmasıdır. Mərkəzin binası Yeni Dehlidə yerləşir. O, bu mərkəzlərdə müsəlman və qeyri-müsəlmanlara həftəlik mühazirələr verir. Bununla yanaşı, "İslam Dəyərləri Beynəlxalq Mərkəzi"ndə də aylıq mühazirələri olur. İslamın hindistanlı dövlət xadimlərinə çatdırılmasında mühüm xidmətləri vardır. Alim onların müsəlmanlara olan nifrətini soyutmuşdur. Müsəlmanlarla digərləri arasında olan problemləri sülh yolu ilə həll etməyə səy göstərir. Qurani-Kərimi İngilis və Hind dillərinə tərcümə etmişdir. Gözəl ailə başçısıdır. Öz uşaqlarına verdiyi gözəl tərbiyə onların atalarının yolunda getmələrinə, İslamı dünyaya çatdırmalarına və dəvət yolunda işlər görmələrinə səbəb olmuşdur. Bu yaxınlarda böyük qızı Quranın ingilis dilinə tərcümə etmişdir. 1964-cü ildə yazdığı "İslam meydan oxuyur" kitabında keçmiş dəvət metodundan xilas olmağın vacibliyinə toxunmuşdur. O, zaman dəyişdikcə, söz və dəvət üslubunun da dəyişdiyini diqqətə çatdırır. "Müasir dövrün etirazlarına qarşı, kəlam elminin yeni metodlarını ortaya qoymalıyıq" — deyən alim öz kitabında bu problemi xüsusi şəkildə araşdırmışdır. Vəhidəddin Xan da böyük İslam mütəfəkkiri Məhəmməd İqbal kimi, İslamda dini düşüncənin yeniləşdirilməsi hərəkatının davamçılarından sayılır.