Məhəmməd İqbal (Urduca: محمد اقبال, Hindcə: मुहम्मद इक़बाल; 9 noyabr 1877[1][2][…], Sialkot, Pəncab[d], Britaniya Hindistanı – 21 aprel 1938[3][1][…], Lahor, Pəncab[d], Britaniya Hindistanı) — Pakistan şairi, filosofu, siyasətçisi.
Məhəmməd İqbal | |
---|---|
urdu علامه محمد اقبال | |
Doğum tarixi | 9 noyabr 1877[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 21 aprel 1938[3][1][…] (60 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | filosof, yazıçı, şair, uşaq ədəbiyyatı yazıçısı, siyasətçi, vəkil |
Əsərlərinin dili | fars dili |
Mükafatları | |
allamaiqbal.com | |
Məhəmməd İqbal Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində sufi ailəsində anadan olmuşdur. İlk təhsilini dini elmlər və Qurani Kərim üzrə almışdır. Mədrəsə təhsilini bitirdikdən sonra, ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman xalqlarının ədəbiyyatına maraq göstərən Iqbal Lahurda ali təhsilini başa vurduqdan sonra Şərq dilləri fakültəsində müəllim işləmişdir.
Məhəmməd İqbalın ilk şerlərinin dərci də bu illərə təsadüf edir. 1905-ci ildə Kembric universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən Iqbal Londonda yaşadığı 3 il ərzində ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil etmişdi. Burada olduğu müddətdə hüquq təhsilini də başa vuraraq prokururluq diplomunu aldıqdan sonra Almaniyanın Münhen şəhərinə gedən Məhəmməd Iqbal fəlsəfə üzrə doktorantura pilləsini də tamamlamışdı.
1908-ci ildə Hindistana gedən və orada böyük heyranlıq və coşğu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak etmiş və xalqını bu məsələdə maariflənməsi və istiqamətlənməsi yolunda böyük işlər görmüşdür. Onun bu məsələdə şüarı " Siyasət – çalışmaq, izzət və şərəfə dəvətdir." idi.
Məhəmməd İqbalın " Müsəlman hind mücahidləri " təxəllüsü ilə yazdığı şerləri Hindistandakı müsəlmanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəsinə təkan vermiş, Pakistanın müstəqil bir dövlət halına gəlməsinə dolayı olaraq stimul olmuşdur. Onun bu sahədə M. Akif Ərsoya bənzədilməsi də təsadüfi deyildir. Məhəmməd İqbal uzun sürən xəstəlik nəticəsində 1938-ci il aprel ayının 21-də vəfat etmişdir.