Şeyxzadə Babiç — başqırd milli ədəbiyyatının klassiki, Başqırd milli azadlıq hərəkatının iştirakçısı, Başqırd Hökumətinin üzvlərindən biri Şeyxzadə Babiçə həsr olunmuş muzey. Muzey Başqırdsıtanın Dyurtyulinsk rayonunun Asyanovo kəndində yerləşir.
Şeyxzadə Babiç muzeyi | |
---|---|
başq. Шәйехзада Бабич музейы | |
Əsası qoyulub | 1995 |
Açılış tarixi | 1995 |
Ölkə | |
Yerləşir | Asyanovo[d] |
55°26′40″ şm. e. 54°43′09″ ş. u.HGYO | |
literatmuzey.ru/?page_id… |
Muzey 1995-ci ildə Şeyxzadə Babiçin doğulmasının 100 illiyi münasibətilə açılıb. 2002-ci ildən etibarən muzey "Başqırdıstan Respublikasının Milli ədəbiyyat muzeyi"-nin filialıdır. Muzey üç ekspozisiya zalından ibarətdir. Asyanovo kəndinin tarixi zalında, kəndin tarixi və məşhur sakinləri haqqında sənədlər nümayiş olunur.
Şeyxzadə Babiçin həyatı və yaradıcılığı zalında isə şairin imzası olan "Akmulla" jurnalı, 1922-ci ildə Kazanda nəşr olunmuş "Шиғырҙар мəжмүғəһе" (Şeirlər toplusu) kitabı, həmin şeirlər toplusunun 1912-ci ilə aid əlyazması, şairin "Karmak", "Şuro" jurnallarında, "Vakıt", "Tormoş" qəzetlərində çap olunmuş şeirləri eləcə də onun vizit kartları qorunur. Muzeyin ekspozisiyasında rəsm, heykəltaraşlıq nümunələri, məişət əşyaları, şairin həyat və yaradıcılığı ilə bağlı fotolar və sənələr də var.
Etnoqrafiya zalında isə kənddə və rayonda yaşayaan başqırdların mədəni məişət fərqlilikləri, adətləri nümayiş etdirilir. Muzeydə davamlı olaraq məşhur şair və yazıçılarla ədəbiyyat görüşləri keçirilir, və burada Şeyxzadə Babiçin şeirləri oxunur.