Başqırd Dövlət İncəsənət Muzeyi

Başqırd Dövlət İncəsənət Muzeyi və ya Mixail Nesterov adına Başqırd Dövlət İncəsənət Muzeyi — 5 yanvar 1919-cu ildə əsası qoyulmuş və 5 yanvar 1920-ci ildə açılışı baş tutmuş, Ufa şəhərində yerləşən incəsənət muzeyi.

Mixail Nesterov adına Başqırd Dövlət İncəsənət Muzeyi
başq. М. В. Нестеров исемендәге Башҡорт дәүләт художество музейы
Xəritə
Əsası qoyulub 5 yanvar 1919
Ölkə
Yerləşir Ufa
Telefon +7-347-273-42-36[1]
54°43′27″ şm. e. 55°56′10″ ş. u.HGYO
museum-nesterov.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1913-cü ildə Ufa şəhər sakini Mixayıl Nesterov öz doğma şəhərinə özünə məxsus olan XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş rus rəssamlarının rəsm kolleksiyasını və özünün çəkdiyi 30 rəsmi hədiyyə edir. Hədiyyə olunan rəsmlərin müəllifləri arasında İvan Şişkin, İsaak Levitan, Nikolay Yaroşenko, Konstantin Korovin, Aleksandr Benua, Vasiliy Polenov, Abram Arxipov və digərləri də var. Əldə olunan bu rəsm əsərlərini hökumət tikintisi davam edən Aksakov Xalq evində sərgiləməyi düşünürdü. Lakin bu məsələ Birinci Dünya Müharibəsi başşladığına görə və 1917-ci il inqilabına görə gecikdi. Buna görə də Nesterovun muzey üçün verdiyi eksponatlar 1919-cu ilə qədər Moskvada qorunurdular.

7 noyabr 1919-cu ildə Ufanı ələ keçirən bolşeviklər şəhərdə Oktyabr inqilabı adına Proletar İncəsənət Muzeyi yaratmaq haqqında qərar verirlər. Aksakov xalq evi hələ tikilmədiyinə görə muzeyin yerləşdirilməsi üçün tacir M. Laptevin evi ayrılır.<[2][3][4] Muzeyin eksponatlarını Moskvadan Ufaya gətirmək çox çətin idi. Vətəndaş müharibəsi və sakit olmayan Rusiyada yolda eksponatların başına hər iş gələ bilərdi. Eksponatları Moskvadan Ufaya gətirməyi rəssam Nesterovun dostu olan məşhur memar İlya Bondarenkoya tapşırırlar. Eksponatları Ufaya gətirdikdən sonra Bondarenko muzeyə rəhbərlik etməyə başlayır. 1920-ci ilin yanvar ayında muzeyin açılışı baş tutur.

Bondarenkonun həvəsli işi nəticəsində artıq 1920-ci ilin may ayında muzeydə eksponat sayı 1500-ə, kitabların sayı isə 2500-ə çatır. 1920-1930-cu illərdə muzeyin eksponatları aktiv şəkildə Moskva və Petroqraddakı muzey fondlarının sayəsində artır. Bu illərdə muzeyin eksponatları sırasına Konstantin Korovin, Leonard Turjanski, İvan Kramskoy, Vasili Perov, Mixail Vrubel, Valentin Serov, Mixail Larionov, Natalya Qonçarova kimi rəssamların əl işləri qatılır. 1921-ci ildə Moskva muzey fondu tərəfindən muzeyə verilən qədim rus ikonaları xüsusi dəyərlidir. Bu ikonalar kolleksioner restavrator Qriqori Çirikov tərəfindən fonda verilib.

Muzey ilk yaradılanda Oktyabr inqilabı adına Proletar İncəsənət Muzeyi alandıb. 1922-ci ildən Ufa İncəsənət Muzeyi, 1929-cu ildən Başqırd Dövlət İncəsənət Muzeyi (1954-cü ildən Nesterov adına), 1994-cü ildən Başqırdıstan Respublikası Mixayıl Nesterov adına Dövlət İncəsənət Muzeyi, 1998-ci ildən isə M. Nesterov adına Başqırd Dövlət İncəsənət Muzeyi adlandırılıb.

Hazırda muzeydə Başqırdıstanın məşhur rəssamları Aleksandr Tyulkin, David Burlyuk, Rəşid Nurməhəmmədov, Aleksey Kuznetsov, Əhməd Lotfullin, Fyodr Kaşeyev, Adiyə Sitdikova, R.Xalidov, Boris Domaşnikov, Aleksandr Burzyantsev, Aleksandr Panteleyev, Vladimir Pustarnakov, R.Qumerov, B.Palehi, E.Saitov, Mariya Elqaştinanın rəsm əsərləri, heykəltaraşlar Vera Morozova, Tamara Neçayeva, Boris Fuzeyev, Aleksandr Şutovun əsərləri və teatr dekorasiyası ustadları olan Əmir Arslanov, Qaliyə İmaşevanın əsərləri sərgilənir.

Bundan başqa rəssamlar Mixayıl Nesterov, İlya Repin, Mixail Vrubel, İvan Ayvazovski, Valentin Serov, İsaak Levitan, Aleksey Savrasov, Aleksey Korovinin də rəsmləri sərgilənir.

Muzeyin ekspozisiyasında, köhnə ikonalar, qədim əlyazmalar və kitablar, dekorativ bəzək əşyaları və müxtəlif dövrlərə aid qədim rus rəsm əsərləri də var. Bundan başqa burada müəllifi məlum olmayan XVI əsrə aid "Müqəddəs ana" və " İohan Predteça" ikonaları da var. Muzeyin kolleksiyasında ümumilikdə təsviri incəsənətə aid 4000 eksponat var. Elmi kitabxanasında isə 10.000-dən artıq kitab mövcuddur.

  • Neftekamsk rəsm qalereyası (Neftekamsk şəhəri, Stroiteli küçəsi 89.)
  • Sterlitamaksk rəsm qalereyası (Sterlitamaksk şəhəri, Kommunistiçeskaya küçəsi 84.)
  • "İjad" sərgi salonu (Ufa şəhəri, Kosmonavtlar küçəsi 22.)
  • Meleuzovsk rayonunun Voskresenskoe kəndindəki rəsm qalereyası
  1. Государственный каталог Музейного фонда Российской Федерации (rus.).
  2. "Дом М. А. Лаптева". 2010-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-30.
  3. "Дом Лаптева (здание Музея) на сайте Научно-производственного центра по охране и использованию недвижимых объектов культурного наследия Республики Башкортостан при Министерстве культуры Республики Башкортостан". 2013-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-30.
  4. Особняк М. А. Лаптева в Башкирской энциклопедии[ölü keçid]