Şişyarpaq səna

Senna alexandrina (lat. Senna alexandrina) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü.

{{{latin}}}
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Sudanda yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Yerə sərilən yarımkoldur. Hündürlüyü 1,5 m-ə qədərdir. Gövdəsi düz, çoxlu budaqlara şaxələnir. Yarpaqları növbəli, cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları enli neştərvari, ucu şiş, göyümtül-yaşıl, üzəri tüksüz və ya zəif tüklü, kənarları bütövdür. Çiçəkləri iri, salxımşəkilli çiçək qruplarına yığılmışdır. Ləçəkləri sarı, kasayarpaqları 5, erkəkcikləri 10-dur. Erkəkciklərin üçünün toz kisəsi yaxşı inkişaf edib, mayalanmağa qadirdir, dördü isə həşəratı özünə cəlb edmək üçündür. İyun-sentyabr aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir. Paxlası enli, oval, hamar, uzunluğu 5,5 sm, eni 2-6 sm, tünd qonur rəngli, çox toxumludur. Toxumun ölçüsü 0,5-0,8 sm-dir. Toxumla çoxaldılır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

İstisevən bitkidir, +100C temperaturda boyartımı dayanır, aşağı temperaturda məhv olur.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Dendrologiya İnstitutunun təcrübə sahəsində 1982-cı ildən introduksiya olunmuşdur.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Abşeronda yaşıllaşdırmada rast gəlinir. Dərman əhəmiyyətli dekorativ bitkidir. Yarpaqlarında, meyvələrində və gövdələrində antraqlikozidlər və onlardan əlavə üzvi turşular vardır. Yarpaqlarını qurudub, işlətmə xəstəliyində dərman kimi istifadə edirlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]