Şila krallığı

Şila krallığı(aşağıda)

Şila krallığı- (Koreya: 신라; Hanja: 新羅) Koreyanın cənubunda yerləşmişdir və e.ə. 57-ci ildən 935-ci ilə qədər mövcud olmuşdur. Şila Park ailəsindən Hyokqose tərəfindən qurulan Koreya sülaləsi olmuşdur. 586-ci il Qyoncu Gim (Kim) (김, 金) qəbiləsi, 232 il Miryan Bak (Park) (박, 朴) qəbiləsi və 172 il Volsyon Seok (석, 昔) qəbiləsi tərəfindən idarə olunmuşdur.

Şila krallığının tarixi 3 hissəyə bölünür :

  1. Erkən dövr(e.ə.57-b.e.654)
  2. Orta dövr(654-780)
  3. Son dövr(780-995)

Park tayfası Seok tayfası tərəfindən edilən qəsdə qədər üç nəsil Şilanı idarə etmişdir. Seok tayfasından olan ilk hökmdar Talhaenın vaxtında Kim tayfasından olan Kim Aljinin qızıl qutudan Hoqonq (Şilanın baş naziri) tərəfindən tapıldığı iddia edilir. Seok və Park tayfaları arasında müharibə baş verir və daha sonra Kim tayfası digər iki tayfanın əlindən hakimiyyəti alır. Şila krallığının son illərinə qədər Kim tayfası hakimiyyəti əlində saxlayır, digər iki tayfa isə dövlətinin idarə edilməsində iştirak edirlər. Şilanın sonuncu kralı Gyeongsun Kim tayfasının üzvü idi.[1][2][3]

Koreyanın birləşməsi

[redaktə | mənbəni redaktə et]

Vll əsrdə Bekçe krallığı, Qaya və Goguryeo krallığını birləşdirmə düşüncəsiylə ön plana çıxmışdır. Şila Krallığı güclənməyə başlayanda ilk növbədə Qaya Konfederasiyasını himayəsi altına aldı. Şila Krallığı Tan Xanədanlığı ilə ittifaqa girərək, Bekçe və Goguryeonu da öz himayəsinə almaq istəyirdi. Ancaq Tan Xanədanlığı ittifaqı pozaraq Goguryeo və Bekçeye hücum etdi. Şila Krallığı Tan Xanədanlığı ilə müharibə apardı və sonunda Şila Krallığı qələbə qazanaraq, Goguryeo və Bekçeyi də himayəsinə aldı.[4][5][6][7][8] Some Korean researchers point out that the grave goods of Silla and Xiongnu are alike, and some researchers insist that the Silla king is descended from Xiongnu.[9][10][11][12][13][14]

Şila Krallığında hərb sənəti inkşaf etmişdi. Şila generalları Koreya tarixində mühüm yer tutur. Şila ordusu müxtəlif qoşun növlərinə bölünmüşdü: Kral mühafizəçiləri, zirehli atlı birliklər və xüsusi qoşun növü olan Haranq dəstələrinə. Şila generallarının bir çoxu haranqlar olmuşlar. Haranqlar əsasən Şilanın zadəgan ailələrinin uşaqlarından təşkil olunurdular. Haranqlar Şila ordusunun əsas gücü olmuşdur. Onlar döyüşə getməzdən əvvəl üzlərinə müxtəlif rəngli boyalar çəkərmişlər. Şila ordusu dövrünün ən güclü ordularından olmuşdur.

Vlll əsrin ortalarında ən parlaq dövrünü yaşamış Şila Krallığının güclü donanması vardı. Bu donanma General Yan Boqo tərəfindən qurulmuşdur.

Memarlıq abidələri

[redaktə | mənbəni redaktə et]
Kraliça Seondeokun tikdirdiyi rəsədxana

Şila Krallığının 27-ci hökmdarı və ilk qadın rəhbəri olan Kraliça Seondeok Uzaq Şərqin ilk rəsədxanasını inşa etdirmişdir.

  1. 2부작 <문무왕릉비의 비밀> - 제1편: 신라 김씨왕족은 흉노(匈奴)의 후손인가?. KBS 역사추적. 2008-11-22. 2016-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-25.
  2. 2부작 <문무왕비문의 비밀> - 제2편: 왜 흉노(匈奴)의 후예라고 밝혔나?. KBS 역사추적. 2008-11-29. 2016-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-25.
  3. (채널돋보기) 신라 김씨 왕족은 흉노의 후손일까. 매일신문. 2008-11-21. 2014-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-25.
  4. Cho Gab-je. 騎馬흉노국가 新羅 연구 趙甲濟(月刊朝鮮 편집장)의 심층취재 내 몸속을 흐르는 흉노의 피 (koreya). Monthly Chosun. 2012-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-25.
  5. 김운회. 김운회의 '대쥬신을 찾아서' <23> 금관의 나라, 신라” (koreya). 프레시안. 2005-08-30. 2012-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-25.
  6. 경주 사천왕사(寺) 사천왕상(四天王像) 왜 4개가 아니라 3개일까 (koreya). 조선일보. 2009-02-27. 2014-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-25.
  7. 김창호, 〈문무왕릉비에 보이는 신라인의 조상인식 - 태조성한의 첨보 -〉, 《한국사연구》, 한국사연구회, 1986년
  8. "자료검색>상세_기사 | 국립중앙도서관". www.nl.go.kr. 2018-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15.
  9. 「제목=고구려와 흉노의 친연성에 관한 연구|저널=백산학보」『백산학보 제67호』
  10. 김대성. <이색보고> 金家 뿌리 탐사, 흉노왕의 후손 김일제 유적을 찾아서. 신동아. 2016-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-25.
  11. Cho Gab-je. 騎馬흉노국가 新羅 연구 趙甲濟(月刊朝鮮 편집장)의 심층취재 내 몸속을 흐르는 흉노의 피. Monthly Chosun. 2012-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-25.
  12. 김운회. 김운회의 '대쥬신을 찾아서' <23> 금관의 나라, 신라. 프레시안. 2005-08-30. 2012-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-25.
  13. 이종호『한국 7대 불가사의』、역사의아침、2007、p108
  14. 경주 사천왕사(寺) 사천왕상(四天王像) 왜 4개가 아니라 3개일까. 조선일보. 2009-02-27. 2014-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-25.