Şimal dənizinin neftli-qazlı hövzəsi — Şimal dənizində, Norveç, Birləşmiş Krallıq, Danimarka, Niderland və Almaniyanın nəzarət etdiyi ərazilərdə yerləşən neftli-qazlı hövzə.
Sahəsi 700 min km, bunun 500 min km-i şelfdədir. Ehtiyatları 3500 milyon ton neft və 8000 milyard ton qazdır. 211 neft-qaz və neft, 160 qaz və qaz-kondensat yatağı var. Onlardan ən böyüyü Statfyord (400 milyon ton), Brent (215 milyon ton), Ozeberq (145 milyon ton), Qroningen (1960 milyard mY), Trolldur (1287 milyard mY).[1]
Burada 6 min quyu fontan və mexanikləşdirilmiş üsullarla istismar olunur. İllik hasilatı təxminən 177 milyon ton neft və 186 milyard m qaz.[1]