Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şimal dənizi (əvvəllər həmçinin Alman dənizi; fr. Mer du Nord, alm. Nordsee, nid. Noordzee, ing. North Sea, norv. Nordsjøen, dan. Nordsøen və ya Vesterhavet) — Şimali Avropanın sahillərində Yutland və Skandinaviya yarımadaları ilə Britaniya adaları arasında yerləşən dayaz şelf dənizi. Atlantik okeanın bir hissəsi sayılır. Şərqdən Norveç və Danimarka, qərbdən Böyük Britaniya, cənubdan Almaniya, Niderland, Belçika və Fransa ilə əhatə olunmuşdur. Şimal Dənizi-Atlantik okeanının kənar dənizi. Skandinaviya, Yutlandiya yarımadaları, Böyük Britaniya, Oriney və Şetlend adaları arasındadır. Sahəsi 544 min kvadrat kilometrdir, maksimal dərinliyi 725 m, suyunun həcmi 42 min kub kilometrdir. Materikin dayazlığında yerləşir, Şimal Dənizinin 2/3 hissəsinin dərinliyi 100 metrdən azdır. Cənub hissəsində çoxlu çay(Doqger-Bank, dərinliyi 14–18 m və. s). Dənizin səthində suyun tempuraturu qışda 2–6C, yayda 12–19C-dir. Duzluluğu 25–35,3%-dir. Elba, Vezer, Reyn, Temza çayları Şimal Dənizinə tökülür. Yarımgünlük qabarmaları(hündürlüyü 0,6–7,6 m-dək)olur. Dənizin cənubunda kwlək qovmaları səviyyəni 3 m-dək yüksəldir, şişmələri isə −2,3 m-dək endirir. Qabarma və qovma küləklərin birgə təsiri nəticəsində fakətli daşqınlar olur, bu zaman sahil zonasının xeyli hissəsini su basır. Sahilə yaxın yerlər adətən dekabr-mart aylarında donur. Şimal Dənizi Qərbi Avropanın ən böyük balıqçılıq rayonlarından biridir(siyənək treska və s balıqlar ovlanır). Neft və qaz çıxarılır. Şimal Dənizi və Baltik dənizi sahilində yerləşən ölkələrdən Şimali və Cənubi Amerikaya gedən su yolu kimi də Şimal Dənizi böyük əhəmiyyət kəsb edir. Mühüm limanlaı London, Antverpen, Rotterdam, Hamburq və.s şəhərlərdir.
Şimal dənizi | |
---|---|
fr. Mer du Nord, alm. Nordsee, nid. Noordzee, ing. North Sea, norv. Nordsjøen, dan. Nordsøen və ya Vesterhavet | |
| |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 750,000 km² |
Həcmi | 94,000 km³ |
Uzunluğu | 800 km |
Eni | 500 km |
Sahil uzunluğu | 6,000 km |
Dərin yeri | 725,000[1] |
Orta dərinliyi | 95 m |
Tökülən çaylar | Elba, Reyn, Vezer, Temza |
Duzluluğu | 3,4 % |
Yerləşməsi | |
55°51′47″ şm. e. 3°20′23″ ş. u.HGYO | |
Ölkələr | |
Üst akvatoriyası | |
Yerləşməsi | Qərbi Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |