Şimali Amerika materikinin geoloji quruluşu və relyefi

Şimali Amerika materikinin sahəsi adalarla birlikdə 24,3 mln km²-dir. Materik Cənubi Amerika materikindən Panama kanalı, Avrasiya materikindən isə Berinq boğazı vasitəsi ilə ayrılır. O şərqdən qərbə 6000 km, şimaldan cənuba isə 7000 km məsafədə uzanır.Sahil xətti çox parçalanmışdır. Odur ki, sahilləri boyunca çox sayda dəniz, körfəz, ada və yarımadalara malikdir. Şimali Amerika şimal və qərb yarımkürələrində yerləşib, Sakit, Atlantik və Şimal Buzlu okeanları ilə əhatələnir.

Şimali Amerika
Ümumi məlumat
Sahəsi: adalarla birlikdə 24,3 mln km²
Ölkə sayı: 23
Sahəcə ən böyük ölkəsi: Kanada
Ən uzun çayı: Missisipi (5971 m)   
Ən böyük gölü: Yuxarı göl   
Ən hündür nöqtəsi: Mak Kinli Dağı (6194 m)
Ən çökək yeri: Ölüm dərəsi (-86 m)
Şimal ucqar nöqtəsi: Merçinson burnu
Cənub ucqar nöqtəsi: Maryato burnu
Şərq ucqar nöqtəsi: Sent-Çarlz burnu
Qərb ucqar nöqtəsi: Uels Şahzadəsi burnu
Ən hündür fəaliyyətdə olan vulkan: Orisaba vlk (5610 m)
Ən hündür şəlalə: Yosemit şəl (727,5 m)
Ən enli şəlalə: Niaqara şəl (1239 m)

Şimali Amerika materiki geoloji keçmişdə qədim Lavrasiya qurusunun parçası olmuşdur. Materikin şərqini platforma qərbini isə geosinklinal ərazilər təşkil edir. O, eyni adlı litosfer tavasının üzərində yerləşir.

Yaylalar, Platolar və Vulkanlar[redaktə | mənbəni redaktə et]

Qərb geosinklinal qurşaqda Kordilyer dağları yerləşir. Bu dağlar şərq və qərb silsilələrindən ibarətdir. Qərb hissə(Sahil sıra dağları) daha cavan olub Sakit okean "Odlu halqası"-na daxildir.Qərbi Kordilyerdə Kaskad, Şərqi Kordilyerdə isə Qayalı dağ sistemi yerləşir.Mərkəzi hissə yüksək yayla və platolardan ibarətdir. Bunların içərisində ən böyükləri Böyük Hövzə,Meksika yaylaları, Kolorado və Kolumbiya platolarıdır. Meksika yaylası Şərqi və Qərbi Madre dağları ilə əhatələnir. Yayla və platolar üçün intensiv denudasiya prosesləri səciyyəvidir. Kordilyer dağlarında güclü zəlzələlər baş verir. Burada çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar mövcuddur.Bunlara Kolima, Reynir, Şasta, Taxumulko, Popokatapetl, Momotombo, Orisaba və s. misal göstərmək olar.

Relyefi[redaktə | mənbəni redaktə et]

Materikin mərkəzi və şərq hissəsi platformadır. Burada formalaşmasında ekzogen proseslərin üstünlük təşkil etdiyi düzənliklər yerləşir. Şimali Amerika platformasının əsasını təşkil edən qədim Arxey və Proterozoyun kristallik süxurları Labrador yarımadasındakı Kanada qalxanı sahəsində üzə çıxır. Burada, Lavrenti yüksəkliyində buzlaq relyef formaları üstünlük təşkil edir.Ona görə də bu hissədə buzlaq mənşəli göllər çoxdur. Mərkəzi düzənliklərdə buzlaq relyef formaları ilə yanaşı çaylar da böyük rola malikdirlər. Mərkəzi düzənliklərdə qərdə Böyük düzənliklər yerləşir. Atlantik okeanının sahillərində Meksikasahili və Atlantiksahili ovalıqlar uzanır.Missisipi çayı burada nəhəng allüvial mənşəli Missisipi ovalığını yaratmışdır.

Şimali Amerikanın şərq hissəsində yeganı qədim dağ sistemi Appalaçdır. Güclü parçalanmaya məruz qalmış bu dağların ən hündür nöqtəsi Mitçell (2037 m) zirvəsidir.

Faydalı Qazıntıları[redaktə | mənbəni redaktə et]

Şimali Amerika faydalı qazıntılar baxımından çox zəngindir. Platformanın kristallik bünövrəsinin səthə çıxdığı ərazilərdə əsasən filiz mənşəli demir, mis,nikel, qalay Appalaç dağlarımda dəmir filizi və daş kömür, Meksika körfəzi sahilləri və Missisipi ovalığında habelə Kordilyerin ətəklərində neft və təbii qaz, dağlıq ərazilərdə isə muxtəlif filiz və qeyri filizlərdən dəmir filizi,mis,sink,qalay, apatit, asbest, qurğuşun, gümüş və s. hasil olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]