Şimali Kipr Türk Respublikası pasportu — Şimali Kipr Türk Respublikası vətəndaşlarına xaricə səyahət etmək üçün verilən sənəd.
Şimali Kipr Türk Respublikası pasportu | |
---|---|
türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti pasaportu | |
Tərəfindən verilib | Şimali Kipr Türk Respublikası |
Sənəd növü | Pasport |
Məqsəd | Şəxsiyyət doğrulama və səyahət |
Bitmə müddəti | 5 il |
Xərc | 440₺ |
Vikianbarda əlaqəli mediafayllar |
Bu pasport ilə yalnız 7 ölkəyə getmək olar. Şimali Kipr Türk Respublikası hökumətinin məlumatına görə, bu ölkələr Avstraliya, Fransa, Pakistan, Türkiyə, ABŞ və Böyük Britaniyadır. Pasport Britaniyanın xarici ərazisi olan Anguillada da etibarlıdır.
12 iyun 1991-ci il tarixindən etibarən Türkiyə ilə ŞKTR arasında səyahətlər üçün pasport tətbiqi ləğv edildi və Türkiyəyə səyahət üçün yalnız ŞKTR şəxsiyyət vəsiqəsi kifayətdir. Belə ki, iki ölkə vətəndaşları öz aralarında yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilərlər.
Kipr Respublikası isə ŞKTR şəxsiyyət vəsiqəsi ilə ölkəyə girişə icazə verir.
1998-ci ilə qədər ŞKTR pasportu ilə Böyük Britaniyaya vizasız getmək mümkün idi. Ancaq sığınacaq müraciətlərinin artması və Türk tərəfinin Kipr problemində konfederasiya tezisi ilə İngiltərə Kipr türklərinə viza tətbiq etməyə başladı. Böyük Britaniya ŞKTR pasportu olanlara viza verir və viza pasportda deyil, ayrıca vərəqdə işlənir.
Kipr türkləri həm ŞKTR, həm Kipr Respublikası, həm də Türkiyə pasportlarını əldə edə bilərlər.
2012-ci ilin may ayında yeni nəsil biometrik Şimali Kipr Türk Respublikası pasportunun Daxili İşlər Nazirliyi və yerli rəhbərliklər tərəfindən təqdim edildiyi və bunun ən geci 2012-ci ilin sonuna qədər vətəndaşlara veriləcəyi bildirildi.