Şimali Koreya vonu

Şimali Koreya vonu (koreyaca: 조선민주주의인민공화국 원; işarəsi: ₩; ISO 4217: KPW), ya da sadəcə olaraq von. Şimali Koreyada istifadə edilən valyuta növüdür. Koreya Xalq Demokratik Respublikası Bankı tərəfindən tədavülə buraxılır. Şimali Koreyada daha kiçik valyuta vahidi çon adlanır və bir von 100 çona bərabərdir. Hal-hazırda da dövrüyyədə olan əsginaslar bunlardır: ₩ 10, ₩ 50, ₩ 100, ₩ 200, ₩ 500, ₩ 1000, ₩ 2000, ₩ 5000 Nadir hallarda istifadə olunan ₩ 5

Hal-hazırda dövrüyyədə olan sikkələr bunlardır: 10, 50 çon, ₩ 1 Nadir hallarda istifadə olunan: 1, 5 çon

Von Şimali Koreyanın pul vahididir. Çinin pul vahidi olan Yuan-dan meydana gəlmişdir. Bir Von 100 çona bölünür. Von sözü də Çin sözü olan Yuandan əmələ gəlmişdir. 1945-ci ildə Şimali və Cənubi Koreyanın bölünməsindən sonra Von ilk dəfə tədavülə buraxılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]