Şimali Koreya

Şimali Koreya və ya rəsmi adı ilə Koreya Xalq Demokratik Respublikası (qısaca: KXDR, kor. 조선민주주의인민공화국) — Şərqi Asiyada dövlət. KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir. Ölkənin qərbində Sarı dəniz, şərqində isə Yapon dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Pxenyan, ümumi sahəsi 120,540 kvadrat kilometr, əhalisinin sayı 25 milyon nəfərdən çoxdur. Ölkənin adı kütləvi informasiya vasitələrində qeyri-rəsmi şəkildə "Şimali Koreya" kimi işlənir.

Şimali Koreya

kor. 조선민주주의인민공화국


Chosŏn Minjujuŭi Inmin Konghwaguk
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Himn: 애국가
Tarixi
 • Müstəqillik 15 avqust 1945
Rəsmi dilləri
Paytaxt Pxenyan
İdarəetmə forması Totalitar irsi diktatura altında unitar birpartiyalı sosialist respublikası
Ali lider və Dövlət başçısı Kim Çen In
Müdafiə Komissiyasının sədri Kim Çen In
Ali Xalq Məclisinin sədri Choe Ryong-hae
Baş Nazir Pak Ponq Yu
Sahəsi Dünyada 98-ci
 • Ümumi 120,540 km² km²
 • Su sahəsi (%) 4.87
Əhalisi
 • Əhali 24,895,000 nəfər (48-ci)
 • Siyahıyaalma (2008) 24,052,231 nəf.
 • Sıxlıq 198.3 nəf./km² (63-cü)
ÜDM (AQP)
 • Ümumi 40 milyard dollar
 • Adambaşına 1,800 dollar
ÜDM (nominal)
 • Ümumi (2015) 25 milyard dollar
 • Adambaşına 1,000 dollar
İİİ (1995) 0.766
Valyuta Şimali Koreya vonu
İnternet domeni .kp
ISO kodu KP
BOK kodu PRK
Telefon kodu +850
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Şimali Koreya

Ölkənin ərazisi 122.762 km²-dir .[2]

Ölkə ərazisinin təxminən 80%-i sıra dağlardan və yaylalardan ibarətdir. Ölkənin şimal-şərqində orta yüksəkliyi 1000 m olan Kema yaylası yerləşir. Bu yaylanın şimalında ölkənin ən yüksək zirvəsi olan Pektu dağı (2774 m) yerləşir. Bu dağın zirvəsində vulkan mənşəli böyük bir göl vardır. Ölkənin ortasından şimaldan cənuba doğru Nanqim dağları uzanır. Bu dağlardan başlayaraq cənub-qərbə doğru istiqamətlənən Kanqnam, Myohyanq, Ancin və Myarak dağları bir-birinə qoşularaq sıra dağlar yaradır. Bu dağlar arasındakı geniş çay vadiləri Pyonqyanq və Çeryanq ovalıqları ilə birləşir.

border=none Əsas məqalə: Koreya tarixi

Koreya orta əsrlərdə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İmcin müharibəsi

Şimali Koreya XX əsrdə

[redaktə | mənbəni redaktə et]

Şimali Koreya Xalq Demokratik Respublikası yaranan ilk gündən hakimiyyətə gəlmiş Kormi ticarət dövlət nəzarətindədir.

Ölkənin ərazisi 120 540 kvadratkilometr, əhalisi 24 milyon nəfərdir. Paytaxtı Pxenyan şəhəridir.

1970-ci illərdə ağır iqtisadiyyatın, ordu xərclərinin və neft qiymətlərinin kəskin artımı ölkə iqtisadiyyatının tənəzüllünə səbəb olub və bu, 1980-ci ildə defoltla nəticələnib.

1994-cü ildə vəfat edən Kim İr Senin ardınca hakimiyyətə onun oğlu Kim Çen İr yiyələnib və ölkə iqtisadiyyatındakı durğunluq və izolyasiya onun rəhbərliyi illərində də davam edib.

2002-ci ildə hakimiyyət islahatlara başlayıb — milli valyuta devalvasiya edilib, kənd təsərrüfatı məhsullarının qiyməti sərbəstləşdirilib, kəndlərdəki kollektiv təsərrüfat növü ailə təsərrüfatlarıyla əvəz edilib. Nəticədə xarici investisiyaların həcmi kəskin artıb. Təkcə Çin 2004-cü ildə Şimali Koreya iqtisadiyyatına 200 milyon ABŞ dolları həcmində yatırım qoyub. 2007-ci ildə — Cənubi Koreya prezidentinin Şimali Koreyaya səfərindən sonra bu ölkələr birləşməyə qərar veriblər və yardım üçün BMT-yə müraciət ediblər. Ancaq son illərdə Şimali Koreyada sərt kurs tərəfdarlarının artması bu prosesin inkişafına mane olub, Cənubi Koreyaya rəsmi münasibət dəyişib. İqtisadi islahatlar da dayandırılıb, ölkə nüvə problemi üzrə altıtərəfli danışıqlarda iştirakdan imtina edib.

2009-cu ildə Şimali Koreya Konstitusiyasında dəyişiklik edərək kommunizmlə bağlı bütün sözləri əsas qanunundan çıxarıb. Yeni dəyişikliklərə görə, güclü ordu ideologiyası önə çıxarılıb və dövlət başçısı Kim Çen İrin səlahiyyətləri artırılıb. Əgər 1998-ci il Konstitusiyasında dövlət başçısının sadəcə dövlət məsələləri ilə məşğul olması nəzərdə tutulurdusa, yeni dəyişikliklərə görə o, ali baş komandandır. Yeni Konstitusiyada insan haqlarının qorunmasının zəruriliyi də vurğulanıb.[3]

2009-cu ildə Şimali Koreya texnologiyada böyük irəliləyiş edərək kosmosa süni peyk buraxıb. Şimali Koreya, 2012-ci ilin 12 və 16 aprel tarixləri arasında Unha-3 mərmisiylə orbitə 100 kilo ağırlığındakı müşahidə peyki buraxıb.

Şimali Koreya ölkənin təbii resurslarla zəngin olmasına baxmayaraq, adambaşına düşən ÜDM-ə görə dünyada 150-ci yerlərin birindədir. Ölkədə silah sənayesi inkişaf edib, amma vaxtaşırı ölkədə ərzaq qıtlığı yaranır.

2009-cu ildə aparılmış rəsmi siyahıya almaya əsasən Şimali Koreyanın əhalisi 24.051.218 nəfərdir .[4] 2016 ilin məlumatlarına görə KXDR-ın əhalisi təxminən 25 milyon nəfər təşkil edir. Etnik baxımdan son dərəcə homogen bir struktura malik olan Şimali Koreya əhalisinin 99,8%-i koreyalılar, 0,2%-i isə çinlilər, yaponlar, vyetnamlılaravropalılar təşkil edir.

Şimali Koreyada mətbuat dövlətin sərt nəzarətindədir. Konstitusiyada ifadə və mətbuat azadlığı qeyd olunsa da, praktikada tətbiq olunmur. "Sərhədsiz Reportyorlar"ın 2010-cu il hesabatına əsasən mətbuat azadlığının vəziyyətinə görə Şimali Koreya 178 dövlət içində yalnız Eritreyanı qabaqlayaraq 177-ci olub. Yalnız rejimin icazə verdiyi xəbərlər yayımlana bilər, xaricdən rejimi tənqid etmək qadağandır. Media Kim Yonq-ilin şəxsiyyət kultu altında fəaliyyət göstərir, onun gündəlik fəaliyyəti mütəmadi yayımlanır. Media üçün əsas xəbərləri Koreya Mərkəzi Xəbər Agentliyi təmin edir. Şimali Koreyada 12 əsas qəzet və 20 əsas dövri nəşr var, hansı ki bütün nəşrlər Pxenyandadır. Qəzetlərə Rodonq Sinmun, Yoson İnminqun, Minju Çoson, Rodonqja Sinmum daxildir. Özəl mətbuat yoxdur. Şimali Koreyanın 2008-ci ildə 1.18 milyon mövcud xətti olmuş adekvat telefon sistemi var. Pxenyanda mobil telefonların sayı 2002-ci ildə 3000 olsa da, 2004-cü ilədək artıb təxminən 20.000-ə çatmışdır. 2004-cü ilin iyununda mobil telefonlar yenidən 2008-ci ildə Misirin "Orascom" Telefon Holdinqi ilə birgə fəaliyyət nəticəsində Koryolink 3G şəbəkəsi tətbiq olunana qədər qadağan olunmuşdur. 2010-cu ilin mayında 120.000 Şimali Koreya vətəndaşı mobil telefondan istifadə etmiş, həmin ilin sentyabrında bu rəqəm 2 dəfədən çox artaraq 301.000-ə çatmışdır.

Şimali Koreyada ilk internet kafe Cənubi Koreyanın internet şirkəti "Hoonnet"lə birgə fəaliyyət nəticəsində 2002-ci ildə açılmışdır. Adi şimali koreyalının qlobal internet şəbəkəsinə çıxış imkanı yoxdur, lakin Kvanqmyonq adlı yerli intranet xidməti ilə təmin olunub, hansı ki, bura yerli xəbərlər, e-mail xidməti və xarici internet saytlarından senzuradan keçmiş daha çox elmi informasiya daxildir.

  1. 1 2 N Korea to adjust time zone to match the South (ing.). 2018.
  2. "The Major Cities and Agglomerations of the World – Overview : North Korea". 2009-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-24.
  3. "Bir ölkə də kommunizm sevdasından əl çəkdi". 2009-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-29.
  4. "Administrative Divisions of Countries ("Statoids") : Provinces of North Korea". 2009-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-24.