Şina dili

Şina (ݜݨیاٗ,شِْنْیٛا Ṣiṇyaá) şina xalqının danışdığı Hind-ari dilləri qrupuna aid dildir.[1][2] Pakistanda şina dili əsasən Gilgit-Baltistan və Kohistanda yaşayan təxminən 1.146.000 nəfərin gündəlik danışdığı əsas dildir.[1][3] Şina dilində danışanların bir qismi də Hindistanda Cammu və Kəşmirin Guraiz vadisində və Ladaxın Dras vadisində də yaşayırlarr.[1] Brokskat dili kimi Şina dili də Dard dilləri qrupuna aiddir və bu iki dildən əlavə bu qrupa Ladaxda danışılan — Kundal Şahi; Azad Kəşmirdə danışılan — Palula dili; Savi dili (Dardca) Çitral dili, Uşoji dili; Svat vadisində və Pakistanın Dir rayonunda Kalkoti dili kimi dillər də daxildir.[1]

Şina xalqının Kəşmirdə yaşadığı bölgələr

Yaxın keçmişə qədər şina dili üçün yazı sistemi yox idi. Tarix boyunca bir sıra yazı sistemləri təklif edilmişdir və buna baxmayaraq Şina dilində danışanların istifadə etdiyi vahid yazı sistemi yoxdur.[4] Şina əsasan yazı dili deyil, danışıqda daha çox istifadə olunan bir dilidir. Şina dilində danışanların böyük əksəriyyəti öz dillərində yazı yazmır.

  1. 1 2 3 4 Saxena, Anju; Borin, Lars. Lesser-Known Languages of South Asia: Status and Policies, Case Studies and Applications of Information Technology (ingilis). Walter de Gruyter. 2008-08-22. 137. ISBN 978-3-11-019778-5. Shina is an Indo-Aryan language of the Dardic group, spoken in the Karakorams and the western Himalayas: Gilgit, Hunza, the Astor Valley, the Tangir-Darel valleys, Chilas and Indus Kohistan, as well as in the upper Neelam Valley and Dras. Outliers of Shina are found in Ladakh (Brokskat), Chitral (Palula and Sawi), Swat (Ushojo; Bashir 2003: 878) and Dir (Kalkoti).
  2. Jain, Danesh; Cardona, George. The Indo-Aryan Languages (ingilis). Routledge. 2007-07-26. 1018. ISBN 978-1-135-79710-2.
  3. "Shina". Ethnologue (ingilis). 2019-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2019.
  4. Braj B. Kachru; Yamuna Kachru; S. N. Sridhar. Language in South Asia. Cambridge University Press. 2008. səh. 144. ISBN 9781139465502.