Şinobu Ota (d. 28 dekabr 1993) — Yaponiyanı təmsil edən yunan-roma güləşçisi. Şinobu Ota 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların gümüş medalını qazandı.
Şinobu Ota | |
---|---|
yap. 太田忍 | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Yaponiya |
Doğum tarixi | |
Boyu | 1,65 m |
Çəkisi | 65 kq |
İdman növü | Güləş |
2 noyabr 2016 tarixində yenilənib. |
Şinobu Ota 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Hiquçi birinci görüşdə İran güləşçisi, son Olimpiya çempionu Həmid Soriyanı 5:4, ikinci görüşdə Qazaxıstan güləşçisi Almat Kebispayevi 6:0, üçüncü görüşdə Norveç nümayəndəsi Stig-Andre Bergeni 4:0, dördüncü görüşdə isə Azərbaycanlı Rövşən Bayramovu 4:2 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Şinobu Ota Kuba güləşçisi, son Dünya çempionu İsmael Borreroya 0:8 hesabı ilə məğlub oldu və XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.