Şirürəkli Riçardln Kipri işğal etməsi

Kiprin işğalı — İngiltərə kralı Riçardın Üçüncü səlib yürüyüşündə Kipr səfəridir.

Kiprin işğalı (1191)
Üçüncü Səlib yürüşü
Şirürəkli Riçardın portreti
Tarix 1 iyun 1191
Yeri Kipr, Bizans
Səbəbi Üçüncü Səlib yürüyüşü
Nəticəsi İngiltərənin qələbəsi
* Kipr Riçard tərəfindən işğal edildi.
Münaqişə tərəfləri

İngiltərə krallığı

Bizans Kipri

Komandan(lar)

Şirürəkli Riçard

İsaak Komnin

Riçard Tankreddən gəmiləri ilə aprelin 10-da yola çıxdı. 2 gün sonra gəmilər fırtınaya düşdü. Bu fırtınada 25 gəmi batdı. Sağ qalan gəmilər isə, aprelin 22-də Rodosa çatdılar. Donanma burada on gün ləngidi. Gəmilər təmir olundu. Mayın 1-də gəmilər təmir olunub Kiçik Asiya sahillərindən şərqə doğru yola salındılar. Bunu eşidən II Filip aprelin 20-də Akraya çatıb və şəhəri mühasirəyə alanlara qoşuldular. Riçardın donanması mayın 6-da Limissoya (Kipr şəhərinə) çatdı.[1] Kipr hakimi Kiprli İsaak Riçardla müharibəyə hazırlandı.[2]

Kiprin işğalı

[redaktə | mənbəni redaktə et]

Müharibənin ilk vaxtlarında İngilislər məğlub olurdular. Amma Riçard fikrindən dönmədi və müharibəyə özü qatıldı. Müharibənin gedişatı dəyişdi. İssaakın qaçacaq yeri ardıq yox idi. İngilislər paytaxta qədər irəlirəmişdilər. Bir şəkildə İsaak Nikosiyaya qaçdı. Səhəri gün Kiprlilər Riçardın yanına gəlib təslim oldular. İyunun 1-də ada artıq tamamı ilə İngilis ağalığına keçdi. İyunun 5-də Riçard Qüdsü almaq üçün Kiprdən ayrıldı.[3]

  1. Aleksandr Qranovski, Şirürəkli Riçard, s. 79
  2. Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8.
  3. Boyle, David (2005). The Troubador's Song: The Capture and Ransom of Richard I. Walker Publishing Company.