Kipr krallığı — Əsası III Səlib Yürüşü dövründə 1192-ci ildə qurulan səlibçi dövlətidir. 1490-cu ildə son hökmdarı Katerina Kornaro tərəfindən 1489-cu ildə Venesiya respublikasına satılana qədər mövcud olmuşdur.
Tarixi dövlət | |||||
Kipr krallığı | |||||
---|---|---|---|---|---|
Royaume de Chypre Βασίλειο της Κύπρου | |||||
|
|||||
|
|||||
Paytaxt | Nikosiya | ||||
Rəsmi dilləri |
Fransız dili Yunan dili |
||||
Dövlət dini |
Katolisizm Ortodoks |
||||
İdarəetmə forması | monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1192-ci ildə III Səlib Yürüşünə qoşulan İngiltərə kralı Şirürəkli I Riçardın bacısı İngiltərəli İoanna və həyat yoldaşı Navarralı Berenqariyanın səyahət etdiyi donanma tufana tutularaq Kipr adası sahillərinə çatmışdı. Adanın Bizanslı hakimi İsaak Komnenosun İoanna və Berenqariyanı təhqir etməsi Riçardın adanı işğalına təkan verdi.[1] Adada mövcudiyyətin bahalı olduğu düşünən Riçard az sonra adanı Məbəd cəngavərlərinə satdı. Onlar da öz növbələrində adanı keçmiş Qüds kralı Luzuinyalı Qaya satdılar. Qayın 1194-cü ildəki ölümündən sonra yerinə qardaşı I Amalrik keçdi və rəsmi olaraq Müqəddəs Roma imperatoru VI Henrix tərəfindən Kipr kralı kimi təsdiqləndi. Krallıq uzun müddət müstəqilliyini qorumuş, 1426-cı ildə Məmlüklərdən asılı hala düşmüş, 1489-cu ildə isə Venesiya mülkünə çevrilmişdir.
Krallıq Luzinyan sülaləsi tərəfindən idarə olunmuşdur.