Şir (inzibati vahid)

İngiltərə ərazisində yerləşən ənənəvi şirlər (qırmızı rəngdə).

Şir və ya şayr (ing. shire) — Britaniya adalarında ənənəvi inzibati vahid. Anqlosaks fəthindən bəri mövcud idi və X əsrdə bütün İngiltərəyə yayılmışdır. Birləşmiş Krallıq ilə yanaşı, Avstraliyada da istifadə olunur.

"Şir" sözü "rayon" mənasında işlənən protogerman dilində olan "skira" (Scira) sözündən törəmişdir. Norman fəthindən sonra rayon sözü şir ilə bir səviyyədə təqdim edilmişdi. Ərazi mənasında şir və qraflıq sinonimdir. Eyni ərazini həm şir, həm də qraflıq adlandırmaq olar, lakin onlar inzibati cəhətdən bir qədər fərqlənir, çünki şir ərazi vahidinin başçısı kimi qrafa ehtiyac duyulmur və özünü idarə etmək iqtidarındadır.[1]

Böyük Britaniyanın norman təsirinin ən az olduğu hissələrində (ölkənin şimalında) şir XIX əsrə qədər qraflıq üzərində üstünlüyə malik idi. İngilislərin Şimali Amerikanı kolonizasiya etməsinin ilkin mərhələsində bir neçə il sonra qraflığa çevrilən şirlər də var idi.[2]

Avstraliyada bu inzibati vahid növü Cənubi AvstraliyaTasmaniya istisna olmaqla, hələ də hər yerdə lokal idarəetmənin əsas vahididir.

  1. The Oxford Dictionary of English Etymology (1991) C.T. Onions, Ed., p. 821.
  2. "§ 15.2-3534. Optional provisions of consolidation agreement". law.lis.virginia.gov (ingilis). 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.