Şirin Axundov

Şirin Məşədi Hüseyn oğlu Axundov (1878, Salyan, Cavad qəzası28 oktyabr 1927, Bakı) — Azərbaycan tarzəni.

Şirin Axundov
Ümumi məlumatlar
Doğum adı Şirin Məşədi Hüseyn oğlu Axundov
Ləqəbi Səlyanlı Şirin
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Janr muğam
Musiqi aləti tar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sadıq Əsəd oğlunun tar ifaçılığı məktəbinin davamçısı olmuşdur. Xalq arasında «Səlyanlı Şirin» kimi çağırılırdı. Öz dövrünün məşhur muğam ustadlarından tar ifaçılığının və muğam sənətinin sirlərinə dərindən yiyələnmişdi. O, əsasən müşayiətçi tarzən kimi tanınmışdı. Bir çox xanəndələrlə sənət yoldaşı olmuş, Cabbar Qaryağdı oğlunu, Məşədi Məmməd Fərzəliyevi, İslam Abdullayevi, Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir.

Şirin Axundov 1903-cü ildən başlayaraq, uzun illər boyu görkəmli xanəndə Ələsgər Abdullayevlə birgə çalışmışdır. Bu ansamblın məclislərdə və konsertlərdə çıxışları böyük rəğbətlə qarşılanır və muğam biliciləri tərəfindən yüksək qiymətləndirilirdi. Onların ifasından qrammofon vallarında bir neçə səsyazısı yadigar qalmışdır; 1914-cü ildə Macarıstanın «Premyer-Rekord» səsyazma şirkəti tərəfindən «Çahargah», «Mirzə Hüseyn Segahı», «Hasar», «Müxalif» muğamları vala yazılmışdır. Bundan əlavə, Şirin Axundov İslam Abdullayevin oxuduğu muğam və təsnifləri də müşayiət etmişdir. Ömrünün son illərində Şirin Axundov müəllimliklə məşğul olmuş, musiqi məktəblərində çalışmış, fəhlə klubunda tar dərnəyinə rəhbərlik etmişdir.