Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şirməmməd Nəzərli (31 may 1948, Lənkəran) ― yazıçı, jurnalist, fotoqraf. "Humay" mükafatı laureatı. Azərbaycan jurnalistlər, Yazıçılar və Fotoqraflar Birliklərinin üzvü.
Şirməmməd Nəzirli | |
---|---|
Nəzərli Şirməmməd Dadaş oğlu | |
Təxəllüsü | Dədə Nəzirli |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | BDU |
Fəaliyyəti | yazıçı, jurnalist, fotoqraf |
Azərbaycan sovet dövrü teatr həyatında ilk dəfə yaradılmış dini məzmunlu ZAMAN teatrı dramaturq Ş. Nəzərlinin "Müctəhidin yuxusu" birpərdəli pyesi ilə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində fəaliyyətə başlayıb. Teatr sonra onun müştərək yazdığı daha iki pyesini səhnəyə qoyub.
Şirməmməd Dadaş oğlu Nəzərli 1948-ci il may ayının 31-də Lənkəran rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Lənkəran Pedaqoji Texnikimunda təhsil alıb (1965–1967). Təyinatla indiki Biləsuvar rayonundakı A. S. Puşkin adına beynəlmiləl orta məktəbdə müəllim işləyib. Sovet ordusu sıralarında xidmət edib (1967–1969). 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. Burada təhsilini başa vurduqdan sonra bir müddət Bakı Məişət Kondisionerləri zavodunun radio-qəzetində redaktor, Azteleradio şirkətində redaktor işləyib. Sonra Azərbaycan Jurnalistlər Birliyində məsləhətçi, böyük məsləhətçi, Jurnalist Fondu direktorunun müavini vəzifələrində çalışıb (1986–1990).
Şirməmməd Nəzərli Beynəlxalq İRS jurnalının təsisçisi və baş redaktoru olub. Əsrin əvvəllərində ölkədə rəngli çap texnologiyası lazımi inkişafını tapmadığından jurnal Moskvada çap olunub və ilk nömrəsinin təqdimatı da orada diaspor nümayəndələrinin iştirakı ilə keçirilib. Ölkənin milli-mənəvi sərvətlərinin-irsinin, yaxın-uzaq tarixinin, incəsənətinin əks etdirildiyi İRS jurnalı Rusiyada və uzaq xarici ölkələrdə yayıldığı kimi, Azərbaycanda da populyar olub. Ş. Nəzərli Azərbaycan Komsomolu MK-nın qərarı ilə Əfqanıstan müharibəsində (1979–1989) həlak olmuş azərbaycanlı beynəlmiləlçi döyüşçülər haqqında 1989-cu ilin sonlarından başlayaraq kitab yazmağa başlayıb. Kitab üzərində 4 il işləyərək bitirib, lakin həmin tədqiqat-xatirə əsərinin çapını süründürməçi məmurların üzündən reallaşdıra bilməyib. Əfqanıstanda həlak olmuş 214 Azərbaycan vətəndaşından 175 nəfər haqqında qısa oçerk və fotolardan ibarət kitab yalnız 2013-cü ildə işıq üzü görüb. Ş. Nəzərli ölkənin bir sıra mətbu orqanları ilə əməkdaşlıq edib, tərcümə ilə məşğul olub ("Annemari və kapitan" kitabı vəs.), "Vışka"qəzetinin Ukrayna üzrə xüsusi müxbiri işləyib (1997). Ş. Nəzərli ədəbiyyat sahəsində də uğurlar qazanıb. Onun "Yusifin qəmi" dram əsəri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi "Ən yaxşı pyes" müsabiqəsində qalib gəlmiş iki səhnə əsərindən biridir. "Yusifin qəmi" pyesi Nazirliyin qərarı ilə Prezident mükafatçısı, rejissor Bəhram Osmanovun quruluşunda Sumqayıt Dövlət Dram Teatrında uğurla tamaşaya qoyulub. Həmin əsər ayrıca kitab şəklində iki dildə Moskvada nəşr edilib və qısa müddətdə yayılıb. Respublikanın ədəbi jurnallarında və qəzetlərdə povest və hekayələri çap olunub. "Luç" Mədəniyyət Xadimləri Assosiasiyasının elan etdiyi rus dilində "Ən yaxşı hekayə" beynəlxalq müsabiqəsində 98 hekayə sırasında Ş. Nəzərlinin "Atasının oğlu" əsəri ikinci yerə layiq görülüb.
Müəllifin "Tac Mahal və ya iki damla göz yaşı" radio tamaşası Azərbaycan radiosunun "Qızıl fondu"nda qorunur. Dramaturqun M. Füzulinin rus yazıçısı L. Tolstoy ilə "bərzəx görüşü"nə həsr etdiyi "Mən Haqqı sevirəm" televiziya tamaşası mətni də ədəbiyyat biliciləri tərəfindən yüksək qiymətləndirilib. Ş. Nəzərli nəsr sahəsində öz dəst-xətti ilə seçilən yazıçılardandır. Qısa mətləblə çox şey ifadə etmək ona xas olan bədii üsuldur. 10 kitab müəllifi bunu "Çəkilməyən film" romanında, iki dildə nəşr edilmiş "13 hekayə" kitabında yer alan əsərlərində aydın göstərir. Ş. Nəzərliyə xas bədii xüsusiyyətlərdən ən önəmlisi odur ki, müəllif bütün nəsrıni sanki kino kamerası üçün nəzərdə tutaraq yazır və bütün bu əsərlər gözlənilməz sonluqla bitir. Ş. Nəzərli 2000-ci ildən həm də foto sənəti ilə ciddi məşğul olur. Redaktor işlədiyi SalamNews xəbər agentliyində onun yüzlərlə foto lenti dərc olunub. Bakıda 4 dəfə fərdi foto sərgisi təşkil edilib. "Azərbaycan rəssamlarının foto portretləri" sərgisi bu baxımdan orijinallığı ilə seçilir. Rusiya səfirliyinin Mədəniyyət və İnformasiya Mərkəzində keçirilmiş "Moskva bakılı fotoqrafın gözü ilə"sərgisi də ictimaiyyət tərəfində maraqla qarşılanıb. Azərbaycan Jurnalistlər, Yazıçılar və Fotoqraflar Birliklərinin üzvü Şirməmməd Nəzərli iki ildə bir dəfə öz hesabına bu qurumların tələblərinə uyğun olaraq hesabat təşkil edir — hazırladığı informasiya sayını bəyan edir, kitab çap etdirir, foto sərgisi reallaşdırır.