Şərvin Bavəndi — Təbəristan şahı.
I Şərvin | |
---|---|
شروین | |
Təbəristanın VI şahı | |
772 – 817 | |
Əvvəlki | II Söhrab |
Sonrakı | I Şəhriyar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | Təbəristan |
Vəfat tarixi | |
Vəfat yeri | Fərim, Təbəristan |
Fəaliyyəti | monarx |
Atası | II Söhrab |
Uşağı | Qarin |
Dini | Zərdüştilik |
II Söhrabın 772-ci ildə ölümündən sonra yerinə oğlu Şərvin keçmişdi. Elə bu il, Şərvin Təbəristan valisi Xalid ibn Bərməkin getməsindən istifadə edən Vəndad Hörmüzdlə birlikdə Abbasilərə qarşı üsyana başladı. Onların orduları müsəlman şəhərlərini yandırır, əhalini sürgün edirdi. 10 il sonra artıq Təbəristanda heç müsəlman qalmamışdı. Şərvin bundan sonra Padəşvərgərşah (Dağların şahı) titulunu qəbul etmişdi. 785-ci ildə yenidən Abbasilərə tabe olmuşdu. 805-ci ildə Harun əl-Rəşidin Rey şəhərini ziyarətindən sonra Şərvinin nəvəsi I Şəhriyar Bağdada girov kimi getmişdi. Şərvin 817-ci ildə vəfat etdi.