Şizofrenik (roman)

Şizofrenik — Alman psixoloji triller müəllifi Vulf Dornun 2010-cu ildə nəşr etdiyi sayca ikinci roman. Kitab ilk dəfə 2010-cu ildə "Wilhelm Heyne Verlag" nəşriyyatı tərəfindən "Kalte Stille" adı ilə nəşr olunub.[1]

Şizofrenik
alm. Kalte Stille
Müəllif Vulf Dorn
Janr Detektiv
Orijinalın dili Almanca
Ölkələr Almaniya Almaniya
Orijinalın nəşr ili 2010
Nəşriyyat Yay
Cild Yumşaq
Səhifə 428
Növ Roman
Əvvəlki Psixiatr
Sonrakı Oyunbaz
ISBN 978-9952520972

Psixiatr Yan Forstnerin nikahı uğursuz alınır. O, arvadından boşanandan sonra işini də itirir və doğulub boya-başa çatdığı Falenberqə qayıdır. Onun kiçik qardaşı 23 il əvvəl izsiz-tozsuz yoxa çıxmış, bundan az sonra isə atası dəhşətli avtomobil qəzasında ölmüşdü. Qardaşının qəfildən itməsi, onun taleyinin naməlum qalması, atasının isə qorxunc aqibəti Yana ağır psixoloji zərbə olur, başına gələn bu müəmmalı hadisələr onu rahat buraxmır. Yan bu kabuslardan qurtulmaq və yenidən normal həyata qayıtmaq istəyir. Amma klinikada bir xəstə intihar edəndən sonra Yan 23 ildir gizli qalmış dəhşətli sirri açmağa qərar verir və araşdırmalara başlayır ...[2]

Vulf Dornun öz axıcılığı və sürətli tempi ilə qeyri-adi bir roman yazaraq, yenidən "Şizofrenik" ilə oxucunu mükəmməl psixoloji macəraya sürükləyir.[3]

Psixiatr Yan Forstner klinikada baş verən hadisənin izinə düşməsi ilə onun mərhum atası və qardaşının sirrli yox oluşu məsələsini də açacaqdır. Hadisələrin düyüm mərkəzi həm indi özünün, həm də əvvəllər atasının psixiatr kimi işlədiyi klinikadır. Prof.Dr.Raimund Flayşerin gənc yaşda aşiq olduğu qıza bənzəyən qızları klinikada istismar etməsi və qızın qəfil ölümü Yan Forstnerin atası Bernhard tərəfindən aşkar edilir. Fleischerin hadisələri ört-basdır etməsi və iş məsləkdaşı, dostu Bernhardı susdurmaq üçün Yan Forstnerin qardaşını qaçırır. Lakin heç bir şey planlaşdırdığı kimi alınmır, Bernhard və oğlunun aqibətlərinin ölümləri ilə sonlanır.

  • Yan Forstner - əsas personaj, protaqonist
  • Sven Forstner - Yanın qardaşı
  • Bernhard Forstner - Yanın atası
  • Anjelika Forstnner - Yanın anası
  • Raimund Flayşer - Yana ikinci karyera şansı verərək Meşə xəstəxanasından iş təklif edmiş atasının keçmiş kolleqası
  • Annabel Flayşer - Flayşerin qızı
  • Anna Flayşer - arvadı
  • Norbert Rauh - psixatr
  • Aleksandra Marenburq - Yanın ölümünə şahid olduğu qonşusu
  • Rudolf Marenburq - Aleksandranın atası
  • Flora Marenburq - Aleksandranın anası
  • Rufus - it
  • Hartmut Vaqner
  • Alfred Vaqner
  • Andrea Kunert
  • Konrad Fuhrmann
  • Lutz Bissincer
  • Ralf Steffens
  • İeronim Libverk
  • Sibille - üzündə böüyk şişliklər olan ruhi xəstə
  • Dunya Koslovski - Mandi
  • Natali Köppler - psixoloji problemləri olan. daha sonra intihar edən qız
  • Karla Veller - Natalinin ən yaxın rəfiqəsi
  • Hubert Amstner - illər əvvəl yanlış anlaşılma səbəbindən manyak kimi tanınan, buna görə də müflisləşmiş kişi
  • Kröger - polis komissarı
  • Karmen -
  • Volfqanq Hesse
  • Paul Visnievski
  • Cənab Kayser - Yanın müəllimi
  • Karle Veller
  • Eduard Peşke
  • Laszinski
  • Robert de Niron
  • Karolin Noyhaus - Flayşerin katibəsi
  • Klavdiya Lippert - kök xəstə
  • Sabine - tibb bacısı
  • Sikandar Mehra - həkim
  • Konni
  • Rebekka Ştaynfurt
  • Edvina Sejinski - tibb bacısı
  • Hans Auerin - qəbirqazan
  1. Vulf Dorn. Şizofrenik. Bakı, TEAS Press Nəşriyyat evi, 2022, 428 s.
  2. "Şizofrenik". wulfdorn.com. 2022-05-01 tarixində arxivləşdirilib.
  3. Wulf Dorn. Şizofren. Pegasus. 2017. səh. 400. ISBN 9786053430346.