Şober şorgiləsi

Şober şorgiləsi (lat. Nitraria schoberi) — şorgiləkimilər fəsiləsinin şorgilə cinsinə aid bitki növü.

Şober şorgiləsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Növün arealına Qərbi Asiya, Qafqaz, Orta Asiya, Çin, Şərqi Avropa (Krım), Cənubi-Şərqi Avropa (Rumıniya) daxildir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5 m-dək (bəzən 2 m) olan dağınıq koldur. Zoğları möhkəm, tikanlı, ağımtıl qabıqla örtülmüşdür. Yarpaqları növbəli, uzunsov-belvari, 2 sm uzunluqda, 2-5 mm enindədir. Çiçəkləri antimorf, çiçək qruplarına (buruqlara) yığılmışdır. Çiçək yanlığı 5 ədəd ətli kasayarpaqlı, 5 ədəd, sarımtıl-ağ ləçəkli, 10-15 erkəkcikli və bir dişiciklidir. Meyvəsi şarşəkilli-yumurtavari, birtoxumlu çəyirdəkdir. Əvvəlcə meyvəsi qırmızı, yetişdikdə təxminən qara rəngli olur. May-iyunda çiçəkləyir, meyvələri iyul-avqustda yetişir.

İşıqsevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir. Yarımsəhralarda, çılpaq çöllərdə, şoran torpaqlarda, daşlı-çınqıllı yamaclarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Növ Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir. Böyük Qafqazda rast gəlinir.

Bitkinin meyvəsi xoş, şor dadı ilə fərqlənən şirəli çəyirdəkdir. Onlar çiy yeyilir, kompot, mürəbbə, şirə, povidla, cem, konfetlər düzəldilir. Yaşıllaşdırmada istifadəsi öyrənilməmişdir.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

  • Деревья и кустарники. СССР. т. 4. 1958;
  • Флора Азербайджана т.6. 1955; Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.