Şodoşima (yap. 小豆島) — Daxili Yapon dənizində yerləşən, Yaponiyaya məxsus olan ada. İki inzibati vahidə bölünmüşdür: Tonoşo və Şodoşima. Şodoşima adasının böyük hissəsi Kaqava prefekturası Syodzu qəzası ərazisinə daxildir. Yaponcadan tərcümədə adının mənası "Kiçik lobya adası" deməkdir. Adada iki şəhər vardır: Tonosyo və Syoşima. Adada Yaponiya ərazisində ilk dəfə uğurla zeytun yetişdirilən ərazi olaraq bilinir. Bu səbəbdən bəzən "Zeytun adası" kimi də tanınır.
Şodoşima | |
---|---|
yap. /小豆島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 153,25 km² |
Sahil uzunluğu | 126 km |
Əhalisi | 32.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
34°30′49″ şm. e. 134°17′08″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın sahəsi 153.30 km²-dir. Burada 32 min əhali yaşayır. Yaşayış məntəqələri əsasən adanın cənubunda cəmləşmişdir. Onları birləşdirən magistral yol vardır. Şodoşima adası Yaponiyanın 19-cu ən böyük adasıdır. Daxili Yapon dənizdə isə ən böyük ikinci adadır. Şodoşima adası sahilində yerləşən Dobuçi boğazına (rus. 土 渕 海峡 Dobuçi-kaikyo) dünyanın ən dar boğazıdır. Boğazın eni cəmi 9.93 metrdir (32.58 ft).
Takamatsu, Himeci, Teşima və Okayama şəhərlərindən adaya tez-tez gedən feribotlar vardır.
Şodoşima adası bir zaman Azuki-şima kimi tanınırdı və Sanuki əyalətinə verilən Kibi (sonra Bizen) vilayətinin bir hissəsi idi. Son olaraq isə Kaqava prefekturasına daxil edilmişdir.
Şodoşima adası yapon turistlər arasında böyük məşhurluq qazanmışdır. Adanın ən görməli yerlərindən başlıcası Kankakey vadisidir (yap. 寒霞渓). Kankakey vadisi Seto Kankay milli parkı ərazisinə daxildir. 1927-ci ildə vadi «Yaponiyanın 100 lanşaftı» siyahısına daxil edilmişdir. Dərədə kanat yolu fəaliyyət göstərir[1][2].
Yaponlar arasında ada ən əvvəl Sakae Suboinin «On iki cüt göz» romanında cərəyan edən hadisələrə görə tanınır. Sakaenin özüdə bu adada doğulmuşdur. Roman iki dəfə ekranlaşdırılmışdır:1954-cü ildə Keysuke Kinosita və 1987-ci ildə Yositaka Asama. 1987-ci ildəki filmin dekorasiyası 1950-ci illərdən qalma yapon kino kəndi olmuşdur. Çəkilişdən sonra kənd saxlanılmış və hazırda «Eyqa-mura» tematik parkı kimi istifdə edilir (ja. 二十四の瞳映画村, tərcüməsi — «kino kəndi»)[3].
Şodoşima adası Yaponiya ərazisində ilk dəfə zeytun yetişdirilən ərazidir. Adada hazırda da zeytun bağı vardır. Bu bağda yel dəyirmanı vardır. Yel dəyirmanı Aralıq dənizi stilində inşa edilmişdir[4].
2010-cu ildən ertibarən Şodoşima Yaponiyada beynəlxalq festivalların keçirildiyi məkanlardan biridir. Yaponiyada ümumilikdə on iki ada və iki sahil şəhərində bu tip festivallar təşkil edilir.
Yaponiyada səksən səkkiz adanı özündə birləşdirən səksən səkkiz ibadətgahın ziyarətini nəzərdə tutan maşruta daxildir[5].