Şoloxov prospekti — Rostov-na-Donu şəhərində, Rroletarnı və Pervomayski rayonlsrı arasında yerləşir. Rostov-na-Donu şəhərində uzunluğuna görə ikinci küçədir[1]
Enegetiklər meydanından başlayaraq Aksay prospektinə qədər davam edir. Buradan federal əhəmiyyətli М-4 Don avtomagistralına çıxır. Prodpektin uzunluğu 7,8 km təşkil edir[2]. Bir başa avtomagistrala çıxışı onun yükünü artırır. Küçədən avtomobil və troleybus nəüliyyatı hərəkət edir.
3 iyul 1984-cu ildə SSRİ Nazirlər Sovetinin göstərişinə görə Oktyabrskaya küçəsinin adı böyük sovet yazıçısı Mixail Aleksandroviç Şoloxovun şərəfinə Şoloxov prospekti adlandırılmışdır.
Köhnə avtovağzal - hazırda şəhər daxili məqsədlər üçün istifadə edilir.
Sahəsinə görə şəhərin ən böyük parkı - Nikolay Ostrovski adına park, həmdə burada Aviatorlar parkı vardır. Burada Rostovun havadan müdafiyəçilərinin şərəfinə abidə belə ucaldılmışdır.
Şoloxov prospekti, ev 158 ünvanında yerləşən Yesenin adına kitabxana (1949-cu ildən fəaliyyət göstərir).
«Lenta» hipermarketi.
«Lukoyl», «Rosneft», «Başneft» şirkətlərinə aid ofislər.