Sean Bosvel — Forsaj franşizasından Lukas Blekin canlandırdığı uydurma personaj.
Şon Bosvel | |
---|---|
ing. Sean Boswell | |
Forsaj personajı | |
İlk görünmə | Forsaj 3: Tokio drifti (2006) |
Son görünmə | Forsaj 9 (2021) |
Canlandıran | Lukas Blek |
Məlumat | |
Cinsi | Kişi |
Peşə | Küçə yarışçısı |
Əlaqələri |
Han Lue Dominik Toretto |
Şon anası ilə Amerikada yaşayan 17 yaşlı orta məktəb şagirdidir. Şon küçə yarışlarına görə daim polis tərəfindən saxlanılır və onlar daim anası xanım Bosvellə köçməli olurlar. Nəhayət, anası Şonu atasının yaşadığı Tokioya göndərmək qərarına gəlir. Burada məskunlaşan Şon məktəbə başlayır və burada da küçə yarışlarına qatılır. Məktəbdə gördüyü özü kimi Qaycinə aşiq olan Şon buna görə də Tokioda Yakuza liderinin qardaşı oğlu Takaşi ilə düşmən olur. Takaşinin yaxın dostu Han Lue Şonla dost olur, ona drift etməyi öyrədir və müəllimlik edir. Daha sonra Şon atasının evindən ayrılıb Han Luenin qarajında məskunlaşır. Burada olarkən Takaşinin qaraja daxil olması nəticəsində, Tokio küçələrəndi avtomobilli qaçdı-tutdu başlayır və Han ölür. Hanın ölümündən sonra Şon Hanın oğurladığı pulu Takaşinin əmisi Kamata götürür və Takaşi ilə yarışmaq üçün icazə istəyir. Kamata icazə verir, Şon Takaşini məğlub edir və azadlığına qovuşur. Daha sonra sevgilisi Neela və dostları ilə küçə yarışlarının keçirildiyi yerdə əylənərkən, Dominik Toretto Şon ilə yarışmaq istədiyini deyir və yarış başlayan kimi film sona çatır. O, sonuncu dəfə "Forsaj 7"də qısa müddətə görünüb.[1]