Məşhur polyak bəstəkarı, pianisti Frederik Şopenin 2-ci sonatasının üçüncü bölümünə verilən addır.[1] Bu bölüm Lento tempində, Si bemol minor ladında yazılmışdır. Bölümün adı orjinal partiturada Marche funèbre olaraq qeyd edilir. İlk halıyla sadəcə solo piano üçün yazılan marş sonralar hərbi və simfonik orkestrlər üçün orkestrizasiya edilib. Halhazırda sonatanın tam versiyasından daha çox onun bu hissəsi məşhurdur. Melodik olaraq olduqca ağır tempdə yazılan əsər, marş tiplidir və bu səbəblə təntənəli dəfnlər zamanı o Feliks Mendelson Bartoldinin Cənazə marşı ilə birlikdə hərbi orkestr tərəfindən ifa edilir. Böyük Britaniya kraliçası II Elizabetin və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəfn mərasimində də bu əsər ifa edilmişdi.[2] [3]